?Elm haqqında? qanun layihəsi elmin qanunvericilik bazasının yaradılmasına xidmət edəcək?

?Elm haqqında? qanun layihəsi elmin qanunvericilik bazasının yaradılmasına xidmət edəcək?

SİYASƏT

24.12.2010, 11:59

?Əsas məqsədi Azərbaycan elminin inkişafını sürətləndirmək olan ?Elm haqqında? qanun layihəsi elmin qanunvericilik bazasının yaradılmasına və elmi fəaliyyətlə bağlı bütün proseslərin hüquqi tənzimlənməsinin təmin olunmasına xidmət edəcək?. Bu fikirləri Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev deyib. Ş.Hacıyev bildirib ki, qanun layihəsində elmi fəaliyyət sahəsində dövlət siyasətinin məqsəd və prinsipləri, elmi fəaliyyətin stimullaşdırılması mexanizmi, elmi işçilərin hüquq və vəzifələri, elmin idarə olunması və koordinasiya edilməsi sistemi, elmin maliyyələşdirilməsinin yeni mexanizmi, innovasiyaların stimullaşdırılması, elmi məktəblərin yaradılması və s. bu kimi məsələlər təsbit edilib. ?Elmin nəticəliliyinin yüksəldilməsi, Azərbaycan elminin dünya elmindəki çəkisinin artırılması və elmi yeniliklərin praktikada tətbiqinin genişləndirilməsi sözügedən qanun layihəsinin ən ümdə keyfiyyətləri kimi qeyd oluna bilər?- deyə komitə sədri vurğulayıb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR