Azad Rəhimov Avropa Şurası Nazirlər Komitəsinin iclasında iztirak edir

Azad Rəhimov Avropa Şurası Nazirlər Komitəsinin iclasında iztirak edir

SİYASƏT

08.12.2010, 03:28

Dekabrın 8-də Fransanın Strasburq şəhərində Avropa Şurası Nazirlər Komitəsinin növbəti iclası başlayıb. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, konfransda nazir Azad Rəhimov da iştirak edir. İclasda Avropa Şurasının baş katibi Bakıda keçirilmiş Avropa Şurası İdmana məsul nazirlərin 18-ci Qeyri-formal Konfransının yekunlarına dair məlumat verəcək. Paytaxtımızda təşkil olunmuş həmin toplantını nəzərə alaraq qeyd edək ki, konfrans keçirən ölkənin nazirinin Nazirlər Komitəsinin iclasında çıxış etməsi ilk dəfədir həyata keçirilir. Məhz bu baxımdan, nazir Azad Rəhimovun konfransa dəvət olunması xüsusi əhəmiyyət kəsb edir. Rəhimov iclasda çıxış etməklə bərabər, konfransın yekunları və İdman sahəsində Genişləndirilmiş Hissəvi Sazişlə bağlı fəaliyyətlər, Ümumdünya Antidoping Agentliyi ilə münasibətlər, Avropa Şurası ilə Avropa Birliyi arasında idman sahəsində əməkdaşlıq məsələlərinə dair müzakirələrə də qatılacaq.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR