Yeni tərkibli Milli Məclisə köhnə komitə sədrləri yenidən seçildi

Yeni tərkibli Milli Məclisə köhnə komitə sədrləri yenidən seçildi

SİYASƏT

29.11.2010, 03:09

Bu gün saat 12.00-da dördüncü çağırış Mili Məclisin ilk iclasında komitə sədrləri də seçilib. Ötən çağırış Milli Məclisin Komitə sədrləri yenıdən seçilib. Belə ki, Eldar İbrahimov Aqrar siyasət, Əli Hüseynov Hüquq siyasəti və dövlət quruculuğu, Rəbiyyət Aslanova İnsan hüquqları, Səməd Seyidov Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Hadi Rəcəbli Sosial siyasət, Nizami Cəfərov Mədəniyyər məsələləri, Ziyad Səmadzadə İqtisadi siyasət, Ziyafət Əsgərov Təhlükəsizlik və müdafiə, Arif Rəhimzadə Regional məsələlər, Valeh Ələsgərov Energetika, ekologiya və təbii sərvətlər, Şəmsəddin Hacıyev Elm və təhsil, Ağacan Abiyev isə İntizam komitəsinin sədri seçiliblər. Bununla da ilk iclasa yekun vurulub.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR