Rəzad Sadıqov yenə oynadı, komandası 2-ci qələbəsini qazandı

img

25-10-2010 [12:57]


Millimizin kapitanı Rəşad Sadıqovun forma geydiyi ?Eskişəhərspor? Türkiyə Superliqasında növbəti oyununu keçirib. Qol.Az-ın məlumatına görə, Bülənt Uyğunun rəhbərliyində ikinci matçına çıxan eskişəhərlilər cari turun açılış qarşılaşmasında səfərdə ?Karabükspor?u üstələyib və ardıcıl qazanılan ikinci qələbəyə sevinib. Həmyerlimiz bu matçda da start heyətində yer alıb və 90 dəqiqə meydanda qalmaqla, qələbədə əsas pay sahiblərindən olub. Oyunun başlaması ilə birlikdə rəqibin təzyiqi ilə üzləşən ?Eskişəhərspor? müdafiəsi hücumların qarşısını almaqda çətinliklə üzləşib. Nəticədə Rəşad 3-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb. Daha sonra üstünlüyü ələ alan Uyğunun komandası vurduğu iki qola qarşı rəqibinin bir dəfə fərqlənməsinə mane ola bilməyib və matçdan 2:1 hesablı qələbə ilə ayrılıb. Bu nəticədən sonra hesabındakı xalları 9-a çatdıran ?Eskişəhərspor? türnir cədvəlindəki vəziyyətini biraz da yaxşılaşdırıb və 13-cü pilləyə yüksəlib. ?Karabükspor?ün isə 14 xalı var. Xatırladaq ki, ?Eskişəhərspor?un növbəti turdakı rəqibi son zamanlar yaxşı formada olan ?Ankaragücü? komandasıdır. Türkiyə Superliqası 22 oktyabr ?Karabükspor? ? ?Eskişəhərspor? ? 1:2 Qollar: Emenike, 52 - Sezgin, 11. Batuhan, 39.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA