Rəzad Sadıqov Almaniya ilə oyundan sonra birbaza Türkiyəyə yollandı

img

08-09-2010 [02:28]


Millimizin kapitanı Rəşad Sadıqov yığmamızla birgə vətənə dönməyib. Qol.Az-ın məlumatına görə, ?Qarabağ?ın sabiq müdafiəçisi Almaniya ilə oyundan sonra birbaşa Türkiyəyə yollanıb. Millinin Bundestimlə oyunu ərəfəsində qardaş ölkəyə yollanaraq, Superliqa klublarından ?Eskişəhərspor?la müqavilə bağlayan həmyerlimiz dərhal da Almaniyaya getmişdi. Komandamızın AÇ-2012-nin seçmə mərhələsindəki ilk oyunundan sonra isə təcrübəli futbolçu dərhal Türkiyəyə qayıtmağı qərara alıb. Çünki yeni komandasının hazırlıqlarında hələlik iştirak etmək şansı qazanmayan futbolçumuz bu boşluğu aradan qaldırmaq istəyir. Qeyd edək ki, Rəşadın yeni komandası Superliqanın növbəti ? 4-cü turunda son ölkə çempionu ?Bursaspor?un qonağı olacaq. Sadıqovun ?Eskişəhərspor?la qarşılaşmada iştirak edib-etməyəcəyi isə hələlik dəqiq deyil. Millimizin kapitanının klubunun düşərgəsinə heç də xoş əhval ruhiyyədə yollanmadığını vurğulayaq. Komandamızın heyətində 1:6 hesablı darmadağına üzülən Rəşad öz qapımıza vurduğu avtoqolun da üzüntüsünü yaşamaqdadır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA