Azərbaycanda manatla kreditlər bahalaşdı

img

06-06-2018 [15:32]


Azərbaycanda bu il mayın 1-nə kreditlər üzrə orta faiz dərəcəsi manatda 13,57%, xarici valyutada isə 9,65% təşkil edib.

Mia.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, bu, aprelin 1-i ilə müqayisədə müvafiq olaraq 0,12 faiz bəndi artıb və 0,09 faiz bəndi azalıb.

Bu müddətdə manatla depozitlər üzrə orta faiz dərəcəsi 10,06%-dən 10,14%-ə yüksəlib, xarici valyutada isə 2,82%-dən 2,70%-ə enib.

Hesabata əsasən, mayın 1-nə fiziki şəxslərin manatla əmanətlərində orta faiz aylıq 0,13 faiz bəndi azalaraq 10,91%, xarici valyutada isə 0,15 faiz bəndi azalaraq 3,28% təşkil edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 12.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA