29-05-2018 [10:54]
2015-ci ildə ölkədə baş verən devalvasiyaların təsirləri həmin dövrlə müqayisədə xeyli azalıb. Amma problemi kerditlər məsələsi hələ də həllini tapmır. Modern.az-ın problemli kreditlərlə bağlı yaranmış suallarınıMilli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimlicavablandırıb.
- Əli müəllim, 21 fevral və 21 dekabr 2015-ci il devalvasiyalarından təxminən 3 ilə yaxın vaxt keçir. Hazırda problemli kreditlərin həcmində hansı dəyişikliklər var?
- Azərbaycanın bank sektoru daha çox neft amilinin prioritet təşkil etdiyi mərhələnin, xüsusən də neft bumu mərhələsinin "yetişdirməsidir”. Həmin dövrün prinsipləri, bundan əlavə, həm də yazılmamış qanunları əsasında formalaşıb inkişaf etməyə başlayan bank sistemi 2014-cü ildən neftin qiyməti kəskin surətdə aşağı enəndən və 2015-ci ilin iki şok devalvasiyasından sonra çox böyük problemlər yaşamağa başlayıb. Bankların problemləri arasında 3 məqam-kapitallaşma imkanlarının məhdudlaşması, kredit qoyuluşlarının kəskin surətdə aşağı düşməsi və problemli kreditlərin kəskin surətdə artması daha ciddi narahatlıq yaradır. Devalvasiyadan əvvəl vaxtı keçmiş kreditlər 1 milyard manatın altında olmaqla kredit portfelində payı 5,3 faizi səviyyəsində idi. 2017-ci ildə vaxtı keçmiş kreditlər 1,6-1,8 milyard manat arasına çatmaqla (əslində problem kreditlərlə bağlı real göstəricilər daha yüksəkdir) kredit portfelində payı 22 faizə yaxınlaşıb. Bu il həmin sahədə bir qədər səngimə müşhidə olunur. Bununla belə, vaxtı keçmiş kreditlər 2018-ci ilin yanvar-aprel ayları 2017-сi ilin yanvar-aprel aylarına nisbətən 7,5 faiz artaraq 1,7 milyard manat təşkil edib ki,bu da kredit portfelinin 15 faizindən çoxdur.
- Problemli kreditlər məsələsi gündəmə gələndə bir çox ekspertlər təkliflərlə çıxış etdi. Bu məsələsinin çözülməsi istiqamətində Sizin də təklifləriniz vardı...
- Problemli kreditlərlə bağlı məsələni yumşaldıb, banka borcu olanları düşdüyü borc tələsindən qurtarmadan, bank sektorunda sabitliyi bərpa etmək mümkün deyil. Deputat həmkarım Vahid Əhmədovla birlikdə bu sahənin tanınmış mütəxəssislərinin də fikirlərini almaqla maliyyə sağlamlaşdırılmasına dair "Təkliflər paketi” hazırlayıb aidiyyəti qurumlara göndərdik. Həmin "Təkliflər paketi”ndə maliyyə-bank sistemindəki mövcud və arzuolunan vəziyyət, nail olma yolları, hüquqi və maliyyə təminatı, eləcə də təşkilati tədbirlər öz əksini tapıb. Bir qisim mütəxəssis güzəştlərin olmasını, digər qisim isə problemli kreditlərin silinməsi istiqamətində addımlar atılmasını təklif edir.
- Biz isə hesab edirik ki, bu problemin həllində hər iki variant, yəni güzəşt də, silinmə variantı da zəruridir. Bizim təkliflərin qısa məğzi bundan ibarətdir ki, devalvasiya nəticəsində obyektiv səbəblərdən (banka yaxın adamların borclarından, imkanı olub bilərəkdən borcunu ödəməyənlərdən söhbət getmir) borcunu əvvəlki qaydada ödəyə bilməyən şəxslərə güzəştlər tətbiq edilsin: Məsələn, 5 min, imkan varsa, 10 min dollara qədər olan kreditlər 1,05 manat kursu ilə qaytarılsın. Daha iri məbləğli borclar üçün isə 1,2-1,3 manat kursu götürmək olar. Eyni zamanda, araşdırma aparılaraq borcunu ödəmək iqtidarında olmayan şəxslərin borcları silinsin. Müflisləşmə haqqında qanuna əlavə və dəyişikliklər edilməli, ya da ki, fiziki şəxslərin müflisləşməsi haqqında əlavə qanun qəbul edilməlidir. Buna əsasən şəhid ailələrı, kimsəsizlər, tək analar, aşağı pensiya alan pensiyaçılara güzəşt edilməlidir. Krediti qaytarmaq üçün bütün imkanları tükənmiş yoxsul insanların aldıqları kreditlər məhkəmə yolu ilə müflisləşmə mexanizmi vasitəsilə bağışlansın.
Biz hesab edirik ki, dollarla olan kredit probleminin ağırlığı dövlət, Mərkəzi Bank, kommersiya bankları və əhali arasında dörd yerə bölünsün ki, heç bir tərəfə ağırlıq düşməsin.Təklif etdiyimiz sxem üzrə borcların 1,05 manat nisbətində ödənilməsi üçün zəruri olan 250 milyon dolların (indi bundan bir qədər artıq) maliyyə yükünün 63 milyon dollarını,yəni dörddə bir hissəsini dövlət, dörddə bir hissəsini banklar, digər hissəsini borclular çəkməlidir. Çünki dövlət dəstəyi olmadan bu problemin etibarlı həlli mümkünsüzdür. Büdcəyə neft gəlirlərindən əlavə daxilolmalardan asılı olmayaraq qeyd etdiyimiz prinsip üzrə 250 milyon dollarlıq vəsaitin 63 milyon dollar ekvivalent hissəsinin (100 milyon manatdan bir qədər artıq) problemli kreditlərin həll olunmasına yönəldilməsi bu baxımdan aktual sayıla bilər. Problemin daha geniş miqyasda həlli üçün isə yəqin ki, 250 milyon dollar yox, ondan bir qədər artıq- təqribən 2 dəfə çox vəsait lazım olacaq. Bankların bu bölgü prosesində iştirakının əvəzində isə dövlət birbaşa və dolayısı ilə məsələn, Mərkəzi Bankın vəsaitləri, orta müddətli qiymətli kağızları, problemli aktivlərin banklardan alınması və sair yollarla kommersiya banklarına birbaşa və dolayısı ilə dəstək verməsi, bu əsasda bankların kapitallaşmasının qaydaya salınması, fəaliyyətinin normallaşdırılması istiqamətində zəruri işlər aparmalıdır. Ya da ki, Mərkəzi Bankın vəsaitləri, kapitallaşmaya dəstək vermək üçün orta müddətli qiymətli kağızları, problemli aktivlərin banklardan alınması və sair yollarla maliyyə ağırlığını öz üzərinə götürsün, banklar isə öz problemli müştərilərinə təklif etdiyimiz variantlarda güzəştlər etsinlər.
- Problem həll olunmamış qaldıqca vəziyyət nəyi ehtiva edir?
- Hökumət dollarla olan kreditlər probleminin həllini dondurmaq siyasəti yeritməklə, əslində həm də hər gün, hər həftə, hər ay özünün də bu problemi həll etmək şansını itirməkdədir… Vəziyyətin yaxşılaşdırılması istiqamətində real nəticələri olan addımlar atılmasa, maliyyə bazarları və bank sisteminin problemləri daha da ağırlaşacaq. Bu isə iqtisadiyyatda əlavə ciddi problemlər yaradacaq. Belə vəziyyət əhaliyə və banklara da çox mənfi təsir göstərir. Kredit qoyuluşları azalır. Bu, ölkədə iqtisadi fəallığın artması qarşısında maneəyə çevrilib. Ona görə də bank sistemini çətin vəziyyətindən çıxarmaq və əhalini borc tələsindən qurtarmaqdan ötrü hökumət problemli kreditlər, xüsusən də dollarla olan kreditlər probleminin həllini sürətləndirməlidir.
Türkiyə millisinin qolkiperi niyə düşərgəni tərk edib? - "Xəyal qırıqlığına uğradım"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Deputatdan Prezidentin Misirə səfərinə şərh: "Bu, Azərbaycanın təkcə Cənubi Qafqazda deyil, Yaxın Şərqdə və bütövlükdə Avrasiyada..."
İlham Əliyev onlara müraciət edib - MƏTN
"Biz öz təcrübələrimizi onlara aşılamalıyıq" - İnam Kərimov gənc hakimlər nəslinin formalaşdırılmasının önəmini qabardıb
Prezident İlham Əliyev Misirdə işgüzar səfərdə - FOTOLAR
Beynəlxalq Hakimlər Assosiasiyası üzvləri Bakıya toplandı - Azərbaycanın güc qurumlarının rəhbərləri təlimdə + FOTOLAR
TALİBAN PAKİSTANA HÜCUM EDİB: əks zərbələrlə Əfqanistan qüvvələrinə ağır zərbə vurulub - İslamabaddan ard-arda xəbərdarlıqlar
APA TV ilə "Şərurlu İsfəndiyar" arasında qalmaqal: gizli çəkiliş, reklam, şantaj və... - Şok VİDEO
Sabah yağış yağacaq
Prezident İlham Əliyev İspaniya Kralına məktub göndərib - MƏTN
Xarici İşlər Nazirliyi Qətərə başsağlığı verib
Azərbaycan Misirdə keçiriləcək “Sülh Sammiti”nə dəvət olunub - Donald Tramp da gəlir
Türkiyədə zəlzələ olub - 4,1 bal gücündə
DÇ-2026: Türkiyə -Bolqarıstan oyununda 7 qol var (Yenilənib)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Başdaşındakı təbəssüm: Səbuhinin qəlibsiz 55 ili
KTN-də broyler sahibləri ilə görüş olub - Sahibkarlar gömrük, FHN və icra başçılarından şikayətləniblər - ÇIXIŞLAR (FOTO)
Kərim Vəliyev Türkiyədə - General Yaşar Gülərlə birlikdə təlimi izləyib (VİDEO, Yenilənib)
Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistan komandoları birgə təlimə hazırlaşır - AÇIQLAMA
İcra başçısının keçmiş müavini həbsdə qaldı - Hakim "yox" dedi
Elvin Bədəlov Mbappeyə nə deyib? - "Dedim ki, ağrıyırsansa, əvəzetmə istə, sən də rahat ol, biz də" - VİDEO
Hacı Şahin Həsənlinin qızının toyu olub - VİDEO
Ceyhun Bayramov pakistanlı həmkarı ilə telefonla danışıb
Rayonlarda yağış yağacaq - Sabahın hava proqnozu
Narkotiki evakuatorla daşımaq istəyənlər saxlanılıb - FOTO
İlham Əliyev Sevil Əliyevanı təltif etdi - SƏRƏNCAM
"Premium Clinic"də əməliyyat olunan qadın ölüb
General-mayor Rasim Əliyev vəfat edib - Qəfildən
Azərbaycan nefti 3 dollara yaxın ucuzlaşdı - 66 dollara endi
Bakıda palçıq vulkanı püskürüb
Müğənnilər Afət Fərmanqızı ilə Vəfa Şərifova arasında qalmaqal: "Cavab verəcək" - VİDEO
Rusiyada güclü zəlzələ baş verib
AFFA ona 3 milyon 700 min manat təzminat ödəyib
"Bu, mənim üçün çox vacib idi" - Ayxan Abbasov
DÇ-2026: millimiz Fransa yığmasına uduzdu (Yenilənib)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Salyanda iki azyaşlı uşaq atasını maşın vuraraq öldürüb
ABŞ-da hərbi zavodda partlayış: çoxlu sayda ölü, yaralı və itkin düşənlər var (FOTO)