“Eurovision-2018”in qalibi İsrail oldu - Video+ Yenilənib

img

13-05-2018 [09:45]


Bu gün Portuqaliyanın paytaxtı Lissabonda "Eurovision” mahnı müsabiqəsinin final mərhələsi start götürüb.

Mübarizə 26 ölkə təmsilçisi arasında keçirilir.

Həmin ölkələr Ukrayna, İspaniya, Sloveniya, Litva, Avstriya, Estoniya, Norveç, Portuqaliya, Birləşmiş Krallıq, Serbiya, Almaniya, Albaniya, Fransa, Çexiya, Danimarka, Avstraliya, Finlandiya, Bolqarıstan, Moldova, İsveç, Macarıstan, İsrail, Niderland, İrlandiya, Kipr və İtaliyadır.

Hazırda müsabiqə davam edir.

***

Azərbaycan 12 xalı Albaniyaya verdi.

***

İsrail 529 xalla"Eurovision-2018”in qalibi oldu.

Qeyd edək ki, İsraili yarışmada 25 yaşlı Netta Barzilai"Toy” mahnısı ilə təmsil edib.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA