26-04-2018 [14:57]
Son günlər sosial şəbəkədə kənd camaatını təhqir edən "Bakı Metropoliteni”nin marketinq şöbəsinin direktoru Lalə Babayevanın fikirləri müzakirə mövzusu olub.
Mia.az mövzunun aktuallığını nəzərə alaraq Bakını idarə edən rayon icra başçılarının harada anadan olmasını araşdırıb. Məlum olub ki, paytaxtın 12 rayonun icra başçılarının ikisi Bakılıdır. Digər icra başçıları isə Azərbaycanın kənd və rayonlarında anadan olub.
Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim İsa oğlu Məmmədov - 21 iyun 1966-cı ildə Ermənistan SSR Sisiyan rayonunun Ağudi kəndində anadan olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 sentyabr 2006-cı il tarixli sərəncamı ilə Xətai rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Ailəlidir. Üç övladı var.
Binəqədi rayon İcra Hakimiyyətinin başçısı İsgəndərov Xaləddin Şahmar oğlu 5 noyabr 1962-ci ildə Qasım İsmayılov rayonunun Xanqərvənd kəndində anadan olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Sərəncamı ilə 26 aprel 2012-ci il tarixdən Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı dır. Ailəlidir, iki övladı var.
Sabunçu rayon İcra Hakimiyyəti başçısı Vəliyev Adil Ənvər oğlu - 20 Aprel 1960-cı ildə Qubadlı rayonunun Əfəndilər kəndində anadan olub. 2012-ci ilin aprel ayında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısı vəzifəsinə təyin edilib. Ailəlidir. İki övladı var.
Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Adil oğlu Qasımov 12 mart 1965-ci ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonu, Xanlıqlar kəndində anadan olub. Azərbaycan Respublikası Prezidentinin 22 sentyabr 2015-ci il tarixli sərəncamı ilə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Evlidir. 3 övladı var.
Bakı şəhər Pirallahı rayon İcra Hakimiyyətinin başçısı İmanov Vasif Həsən oğlu 1961-ci ildə Zəngəzur mahalının Ərəfsə kəndində anadan olub. Azərbaycan Respublikası Prezidentinin 7 mart 2013-cü il tarixli Sərəncamı ilə Bakı şəhər Pirallahı rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin edilib. Ailəlidir. 3 övladı var.
Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əzizov Əziz İmran oğlu 09 dekabr 1963-cü ildə Cəbrayıl rayonunda anadan olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 02 fevral 2018-ci il tarixli 3624 N-li Sərəncamına əsasən Əzizov Əziz İmran oğlu Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Ailələdir, 3 övladı var.
Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Fərzəliyev Abdin Ələsgər oğlu 1967-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. 2005-ci ilin dekabr ayından isə Azərbaycan Respublikası Prezidentinin Sərancamı ilə Bakı şəhəri Nərimanov Rayonu İcra Hakimiyyətinin Başçısı vəzifəsində çalışır. Evlidir. 2 qızı var.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Surxay oğlu Mikayılov 1962-ci ildə aprelin 27-də Naxçıvan şəhərində anadan olub. Azərbaycan Respublikası Prezidentinin 04 mart 2010-cu il tarixli Sərəncamı ilə Qaradağ Rayon İcra Hakimiyyətinin Başçısı təyin edilib. Ailəlidir, iki övladı var.
Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Namaz oğlu Abbasov 12 fevral 1958 –ci ildə Ermənistan respublikası Sisian rayonunda anadan olub. Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2005-cı il tarixli Sərəncamı ilə Bakı Şəhər Suraxanı Rayon İcra Hakimiyətinin başçısı vəzifəsinə təyin edilmişdir.
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Əsgərov Asif Yunis oğlu 1966-cı ildə Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olub. Ölkə başçısının 2 sentyabr 2015-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin edilAiləlidir. 2 övladı var.
Lucas Hernandez AVRO-2024-də oynaya bilməyəcək
"Qalatasaray"ın canlı əfsanəsi peşman olub: "Kasilyas dedi ki, həyatımı məhv etdin..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - FOTOLAR
Gürcüstan parlamentinin qarşısında polislə etirazçılar arasında toqquşma olub - Saxlanılanlar var
Sabiq nazirin məhkəməsində şok ifadə: "Pullar dollara çevrilir və Komitə sədrinə verilirdi..."
Nazir Vüqar Hüseynovu da yola salacaq? - KTN-nin mətbuat xidmətində yeni təyinat oldu
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR (Yenilənib)
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir ilə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
SABİQ NAZİR REKTOR TƏYİN OLUNDU - Sərəncam
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib - FOTO (YENİLƏNİB)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"
Ərdoğan sosial mediada şou verən deputatlara "təpindi": "Gərək hər şeyi mən deyəm?!" - FOTOLAR
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində
Zəlimxan Məmmədli Gürcüstana getdi: "Bu günə şükür..." - FOTOLAR
“Azərikard”ın baş direktor müavini şirkətdən ayrılıb
Sabahın hava proqnozu açıqlandı
“Xalçalarda yaşayan tariximiz” adlı sərginin açılışı olacaq
“Alatava” ilə bağlı son qərar verildi - VİDEO
İcra başçısının qardaşı oğlu: “Atamı bu hərəkətinə görə öldürdüm” - Sabiq rəisin qətliylə bağlı sensasion ifadə
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi - Səbəb
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə - FOTOLAR