Vitse-prezidentlər də istefaya göndəriləcək? - Millət vəkili: "Onlar nazirlər kimi yenidən..."

img

19-04-2018 [13:20]


"Azərbaycanda prezident seçkisindən sonraKonstitusiyaya görə yalnız Nazirlər Kabineti tam tərkibdə istefaya göndərilir. Ondan kənarda ali icra hakimiyyəti orqanlarının fəaliyyəti ilə bağlı hər hansı norma və ya tələb Konstitusiyada nəzərdə tutulmayıb”.

Mia.az xəbər verir ki, bunu "qafqazinfo”ya açıqlamasında deputat Zahid Oruc Nazirlər Kabinetinin istefaya göndərilməsindən sonra məsələnin vitse-prezidentlik institutuna şamil edilib edilməyəcəyi ilə bağlı yaranan suallara aydınlıq gətirərkən deyib.

O bildirib ki, 2016- cı il referendumuna görə ölkənin idarəçilik sistemində özünə yeni olaraq yer alan vitse-prezidentlik institutu ilə bağlı belə bir qərarın verilməsinə qətiyyən ehtiyac yoxdur:

"Hesab edirəm ki, bu həm birinci vitse-prezidentə, həm də vitse-prezidentlərə aiddir. Onların təyin edilməsi səlahiyyəti ölkə prezidentinə aiddir. Çünki ali icra hakimiyyətinin vəzifədən getməsi və ya onların 7 illik seçki dönəmindən sonra yenidən təyinatının baş verməsinə də ehtiyac yoxdur. Əlbəttə ki müxtəlif ölkələrdə fərqli məqamların olduğundan danışmaq mümkündür. Amerikada hər iki institut seçki vasitəsilə müəyyənləşir. Amma Azərbaycanda prezident birinci vitse-prezidenti təyin edir. Azərbaycanda həm ölkə daxilində, həm də beynəlxalq məkanda çox böyük fəaliyyəti ilə seçilən, Azərbaycan vətəndaşlarının etibar və inamını qazanan Mehriban Əliyevanın birinci vitse-prezident olaraq fəaliyyətinin fərqindəyik. Hesab edirəm ki, bu mənada onların yenidən təyinatına ehtiyac yoxdur”.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA