Medvedev Azərbaycanın yeni baş nazirinə məktub göndərdi: "Bu, uzunmüddətli maraqlara tam cavab verəcək"

img

21-04-2018 [21:39]


Rusiya hökumətinin başçısı Dmitri Medvedev Novruz Məmmədovu Azərbaycanın baş naziri vəzifəsinə təyin edilməsi münasibəti ilə təbrik edib.

TASS xəbər verir ki, bu barədə şənbə günü Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

"Rusiya və Azərbaycanı bərabərlik, bir-birinin maraqlarına hörmət və xoş qonşuluq prinsiplərinə əsaslanan strateji tərəfdaşlıq münasibətləri bağlayır. Əminəm ki, ikitərəfli ticari-iqtisadi əməkdaşlığın daha da möhkəmləndirilməsi, nəqliyyat, neft-qaz, aqro-sənaye, həmçinin yüksək texnologiya, təhsil və mədəniyyət sahələrində böyük birgə layihələrin həyata keçirilməsi ölkələrimizin uzunmüddətli maraqlarına tam cavab verəcək", - deyə mətbuat xidməti baş nazirin teleqram mətnini sitat gətirir/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA