“Maşın” nə vaxt start götürəcək? - Murad Dadaşov açıqladı

img

17-04-2018 [20:04]


Əməkdar artist Murad Dadaşov "Maşın” şounun başlayacağı tarixi açıqlayıb.

Mia.az-ın axşam.az-a istinadən məlumatına görə, o bildirib ki, şou mayın 28-də yayımlanacaq:

"İştirakçıların hamısı bəlli deyil, amma bir qisim hazırdır. 1 aydan çox vaxt var. Şouda gözləmədiyim insanlar olacaq. Çox maraqlı iştirakçılarımız var”.

M.Dadaşov "Davam ya tamam” şousunun yayımının təxirə salındığını deyib:

"İstəyirdik yazda başlayaq, amma qaldı. Yeni televiziya mövsümündən olacaq və hər gün yayımlanacaq. Uduş məbləği isə 50 minə çatacaq”.

Şoumen verilişlərin keyfiyyətindən narazılıq edib və aparıcılara öz tövsiyələrini verib:

"Televiziyadakı verilişlərin əksəriyyətindən razı deyiləm. Etdiyim layihələr reytinq qazanır. Elə başa düşülməsin ki, mən hamıdan yaxşıyam, başqaları yox. Sadəcə, işə bir az məsuliyyətlə yanaşmaq lazımdır”.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA