Azərbaycanlı cazmenlər Fransada konsert verib

img

06-10-2010 [01:00]


Oktyabrın 4-də Parisin məşhur "Duc des Lombards" caz salonunda gənc azərbaycanlı pianoçu İsfar Sarabski gitaraçı Emil Həsənovun və zərb alətləri ifaçısı Vaqif Əliyevin müşayiəti ilə caz konserti verib. Azərbaycanın Fransadakı səfirliyindən verilən məlumata görə, konsertdə bu ölkənin müxtəlif dövlət strukturlarının, mədəniyyət ocaqlarının, Parisdə yerləşən diplomatik korpusun təmsilçiləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Yerli vaxtla saat 20.30-da başlayan konsert Fransanın məşhur və yeganə caz radiosu olan "TSF Jazz"da canlı yayımlanıb. Eyni zamanda, həmin radionun internet səhifəsində İ.Sarabski və Azərbaycan cazı haqqında məlumat yerləşdirilib. Konsert tamaşaçıların sürəkli alqışları ilə müşayiət olunmuş və geniş uğur qazanıb. İ.Sarabskinin Parisdə və Aşağı Normandiyanın Eql şəhərində daha iki konserti nəzərdə tutulmuşdur. Səfər Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, ölkəmizin Fransadakı səfirliyinin birgə təşəbbüsü və dəstəyi ilə təşkil olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA