Bakıda oğurluq edən müğənni yaxalanıb

img

14-09-2010 [05:17]


Əksər insanlar məlum olduğu kimi Ramazan ayında toy etməməyə üstünlük verir. Təbii ki, bu hal daha çox müğənnilərin büdcəsinə təsir edir. Orucluqda bekar qalan müğənni Murad Baxşıyev oğurluq etməyə məcbur qalıb. El şənliklərinin mahir ifaçılarından olan Murad Baxşıyev orucluqda bekar qaldığı üçün asan pul qazanmaq yolunu tapıb. Belə ki, Yasamal rayon polis idarəsinin 29-cu polis bölməsinin əməliyyatçıları bu şəxsi qohumunun evindən qızıl oğurladığına görə saxlayıb. Baxmayaraq ki, özünün ?qızıl kimi səsi? var, lakin o nağd qızıla yox deyə bilməyib və duz-çörək kəsdiyi qohumunun evindən oğurluq edib. Belə ki, Yasamal rayonu Dadaşov küçəsi ev 170-də yaşayan Rəhimə Əhmədovanın evindən iki qızıl üzük oğurlayıb. ?Orucluqda toy yoxdur. Bu üzdən əlim aşağı idi, 2 dənə üzük götürdüm. Onların hər birini 150 manata satdım. Ümumi olaraq 300 manat pul aldım?, - deyə saxlanılan Murad Baxşıyev vurğuladı. Artıq Muradın qızılı satdığı şəxs də müəyyən edilib. Oğurlanan əşyalar maddi sübut kimi istintaqa təhvil verilib. Sən demə, Murad 5 ilə yaxındı ki, toylara gedir və bir toydan da onun qazancı maksimum 150 manat olur. İndi isə 22 yaşlı müğənni barəsində Yasamal rayon polis idarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanılıb. Toy müğənnisinin alacağı cəzadan asılı olmayaraq, onunla eyni vəziyyəti bölüşən məhbusların günü heç də darıxdırıcı keçməyəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA