İki uşaq anası azərbaycanlı qadın Türkiyədə vəhşicəsinə öldürüldü - VİDEO

img

17-04-2018 [14:23]


Türkiyənin Dənizli vilayətinin Pamukkale bölgəsində yaşayan azərbaycanlı qadının meyiti evində tapılıb.

Unikal.org Türkiyə mətbuatlna istinadən xəbər verir ki, 33 yaşlı Türkay İsayevanın meyitini bu gün səhər saatlarında qonşuları tapıb. Qonşular mənzildə meyit olması barədə polisə müraciət ediblər. İki uşaq anası olan qadının döyülərək öldürüldüyü bildirilir. Ölümün səbəbinin dəqiqləşdirilməsi üçün meyit ekspertizaya göndərilib.

Polis əməkdaşları binadakı təhlükəsizlik kamerasının görüntülərinə baxıb. Binanın sakinləri meyitin tapıldığı mənzildə çox vaxt dava-dalaş olduğunu, orada gecə klublarında işləyən qadınların yaşadığını deyiblər.

Hazırda cinayətin kim tərəfindən törədildiyi və həmin şəxsin saxlanılması istiqamətində iş başladılıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR
15:59 08.10.2025

Paşinyan Belçikaya gedir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA