17-04-2018 [08:43]
Qoç - yeniliyə can atsanız da, sınanmış metod və vasitələrdən bilmərrə qurtulmaq istəmirsiniz. Şübhələr, müxtəlif variantlarla bağlı tərəddüdlər istisna deyil.
Sizə mənsub olmayanı saxlamağa çalışmayın.
Günün ikinci yarısında emosional bağlılıq ön plana çıxacaq.
Vəd və öhdəliklər ağır situasiya yarada bilər. Hadisələri tələsdirməyin, süni təkanı işə salmayın.
Bəzi şansların bilmərrə itməsi ilə barışın. Bunun müqabilində yeni imkanlar qazanacaqsınız.
Buğa - günün ilk yarısı romantika, emosiyalar vəd edir. Praktik olun, hisslərə aldanmayın. Unutmayın ki, emosiyalar işinizin effektivliyinə mane ola bilər. İmpulsiv davranış yalnız qısamüddətli perspektivdə xeyirlidir.
Günün ikinci yarısında şəraiti aydınlaşdırın. Tələyə düşməyin. İrəliyə doğru hərəkətdə ilk baxışda nəzərə dəyməyən maneələri gözdən qaçırmayın.
Yaxşı tanımadığınız insanla münasibətlərdə sayıq olun.
Axşam saatlarında evdən uzaqda dincələ bilərsiniz.
Əkizlər - karyera məsələləri, ambisiyaların təminatı üçün ağır zamandır. Uzunmüddətli əməkdaşlıqla bağlı təklifləri qəbul etməyin. Yeni sahədə ehtiyatla çalışın.
İtki, yalan və əsassız ittiham, qarışıqlıq, qanunsuz olay riski artır. Günün ikinci yarısında sərvaxt davranın. Təriflərə inanmayın.
Gəlişigözəl ibarələrin arxasında məkrli niyyətlər daldalana bilər. Vədlər və öhdəliklərin sayını artırmayın. Başqalarının işini görməyin.
İmtina çətindirsə, bir qədər tənəffüs edin, informasiyanı dəqiq yoxlayın.
Xərçəng - səhər saatlarında hadisələrin süjetləri sizə tanış gələ bilər. Belə deyil: yeni motivlər çoxdur. Müvəqqəti işi daimi iş yerinə dəyişibsinizsə, diqqətli davranın. Münasibətlərinizdəki problemləri aradan qaldırmağa çalışın.
Günün ikinci yarısında peşəkar fəaliyyət sahəsindəki mübahisələri emosional davranışla mübahisələrə çevirməyin. Əsəblərinizə hakim olun. Hisslərin əsirinə çevrilməyin.
İntuisiyanıza güvənin. Fatum üzünüzə gülə bilər.
Axşam saatlarında gəzintiyə çıxmağı unutmayın.
Şir - günün ilk yarısındakı şərait qeyri-müəyyəndir. Etibarsızlıq, şübhə var. Belə durum əsəblərinizə təsir edəcək. Şəxsi münasibətlərlə yanaşı, işgüzar fəaliyyət müstəvisində ciddi dəyişikliklər planlaşdırmayın.
Günün ikinci yarısında maliyyə məsələlərində sayıq olun. Kredit götürməyin, borc verməyin. Yaxın ətrafınızdakı insanlarla münasibətlərə dəyər verin. Səhhətinizin qayğısına qalın. Psixoloji və ya digər formada asılılıq yarada biləcək situasiyalardan uzaq durun.
Qız - günün ilk yarısında tərəfdaşların və şəriklərin davranışlarındakı dəyişikliklərə fikir verin. Onlardan birinin sizinlə bölüşmək istəmədiyi sirri var. Anlaşma və müqavilələr üçün əlverişli zaman deyil. Daşınmaz əmlakla bağlı əməliyyatlar aparmayın. Şübhəli işə qatılmayın, avantüra iştirakçısı olmayın.
Günün ikinci yarısında rəqiblər taktikanı dəyişəcək, daha məxfi əməliyyat hazırlayacaqlar. Onların niyyətlərini faş etmək çətinləşəcək.
Şəxsi münasibətlərdə ikili standartlar çətinliklər yarada bilər.
Etimad məsələsində problemlər var.
Tərəzi - yeni işə başlamaq, yaşamda nəyisə dəyişmək olar. Ambisioz planlar qurmaqdan çəkinməyin. Risk edin ki, ciddi uğur əldə edə biləsiniz.
Yeni ideyanın reallaşmasına dərhal başlayın. Vaxt itirmək və ya nəyisə təxirə salmağın heç bir əsası yoxdur.
Şəxsi münasibətlər müstəvisində baş verən hadisələr sizi sevindirə bilər. Hisslərinizi nizama salın, sevdiyiniz insanla ünsiyyətdə qabalıq etməyin.
Tərslik etməyin, mürəkkəb situasiyada güzəştə gedin. Belədə uduzmazsınız.
Axşam saatlarında əhvalınız pisləşə bilər.
Əqrəb - günün ilk yarısında ciddi narahatlıq üçün heç bir səbəb yoxdur. Şansların yoxa çıxmasından narahat olmayın. Yeni imkanlar formalaşır. Zəifləməyin, bəxtə bel bağlayıb hərəkətsiz qalmayın. İlk baxışdan cazibədar təsir bağışlayan təkliflərin fəsadları da var.
Günün ikinci yarısında problemlərin həllində yaradıcı yanaşma nümayiş etdirin. Hazırda ən önəmli saydığınız arzularınızdan birini realaşdıra bilərsiniz.
Axşam saatlarına yaxın yaşam ritminiz gərginləşəcək. Tənbəllik etməsəniz, yaxşı nəticələr əldə edə bilərsiniz.
Oxatan - günün ilk yarısında yaşam arealı və ya peşəkar fəaliyyətinizlə bağlı risklər yaranacaq. Qəti, sərt qərarı ertələyin. Uzaq yola çıxmaq fikriniz varsa, hər nüansı, xırdalığı ölçüb-biçin.
Günün ikinci yarısında münasibətlərdə psixoloji və emosional məqamları mütləq nəzərə alın. Təcrübə çatışmazlığı, hisslər və aqressivlik işləri korlaya bilər.
Narahatlığınız, təşviş və ya nigaranlığınızdan sui-istifadə etmək istəyən tapılacaq. Yaxın ətrafınızdakı insanlardan birinin səhlənkarlığına hazır olun.
Oğlaq - günün ilk yarısındakı situasiya sizi usandıra bilər. Lakin seçim sizin olmadığınız üçün vəziyyətlə barışın, yeni şəraitə uyğunlaşmağa çalışın. Müəyyənlik gözləntiniz uzun sürə bilər.
Əsas davranış modeli ilə yanaşı, ehtiyat variantlarınız da olmalıdır.
Günün ikinci yarısında böhran istisna deyil. Etibar edə biləcəyiniz insanı müəyyənləşdirin. Ona inanırsınızsa, yeni tərəfdaşlığa başlayın. Belə şəxs yoxdursa, yalnız özünüzə bel bağlayın.
Axşam saatlarında yardım və ya köməyinizə görə minnətdarlıq gözləməyin.
Dolça - günün ilk yarısında gəlir mənbələrinin sayını artırın. Əlaqələr, biliklər, lider və idarəetmə məziyyətlərinizi gücləndirin. İşgüzar layihəniz üçün maliyyə mənbəyi arayın. Fəaliyyət sahənizi dəyişibsinizsə, potensialınızı real dəyərləndirin.
Günün ikinci yarısında praqmat olun, efemer gəlir imkanlarına aldanmayın. Birmənalı olmayan situasiyalarda qanunsuz addım atmayın. İrəliləyiş üçün hər vasitə yararlı deyil.
Balıqlar - enerjiniz çoxdur, amma ondan məhsuldar şəkildə yararlanın. Ətrafınızdakı insanlara qarşı sərt mövqe tutmayın.
Belə davranış münasibətlərdə harmoniyaya səbəb olmayacaq. Yumşaq olun, həssas davranın. Çətinlikləri dəf edərək daha pozitiv ola bilərsiniz.
Yaxınlarınızın qəlbini yaralamayın.
Ailə üzvləriniz sizdən açıqlama gözləyirlər. Maliyyə məsələlərində düşünülməmiş addımlar atmayın.
Milli.Az
İki ağdamlı əmioğlu Odessanın boks çempionu oldu - FOTOLAR
"Qəbələ" Azərbaycan Premyer Liqasını tərk edib
Sədərək rayonunda sursat partlayıb - 2 nəfər həlak olub
Bu gün magistraturalara qəbul imtahanı keçirilib (Yenilənib)
Sabah isti hava olacaq
Zaqatalada çayxana sahibi blçaqlanıb
Ağdamda daha bir mina partlayışı: yaralı var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Şair-publisist Namiq Hacıheydərli vəfat edib
Bilik və bacarığını nəticəyönümlü fəaliyyətə çevirən müəllim... - Yeni layihə (FOTOLAR)
Hikmət Hacıyev: "Azərbaycanın mülki əhalisi, demək olar ki..."
Abşeronda içki məclisində dava: dost dostunu öldürdü və...
ALİ MƏHKƏMƏ HAKİMİNDƏN ŞOK HƏRƏKƏT: evində canına qıyıb
“Toplum TV”nin daha bir əməkdaşı saxlanılıb? - DİN-dən açıqlama
Prezident İlham Əliyev daha bir sərəncam imzalayıb
PREZİDENT ONLAR HAQDA SƏRƏNCAM İMZALADI - Siyahı
Rektordan maraqlı təyinat - ”Mercedes-Benz"in keçmiş işçisini özünə müşavir götürüb
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb - 3 qurum birgə məlumat yaydı
Laçının Sus kəndinə 59 ailə köçürülür - Püşk atıldı (FOTOLAR)
Sabahın hava proqnozu açıqlandı
Azərbaycan nefti 2 dollara yaxın bahalaşıb
DEPUTATA SUİ-QƏSD İŞİ: "Fazil Mustafanı dini çıxışlarına görə cəzalandırmaq istəyirdik" - Məhkəmə prosesi
"Azəriqaz" İB-də ikibaşlı oyun: imtahandan keçən xanıma ögey münasibət etiraz doğurdu, qurum rəsmisi reaksiya verdi
İTV-də dəyişiklik - Aparat rəhbəri Baş direktor müavini təyin olunub
Salyanda avtomobil və mal oğrusu tutulub
Xankəndidə silah və sursatlar aşkarlanıb
Bakcell ilə innovasiya dövrü başladı - FOTOLAR
Prezident Ərdoğanın ABŞ-a səfəri təxirə salınıb - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Qalatasaray" 3 xalı 3 qolla qazandı
Nazir xidməti maşınında qəzaya düşüb
Prezident İlham Əliyev Almaniyadan Vətənə dönüb - FOTOLAR
İlham Əliyev Almaniyada: Kanslerlə birgə mətbuat konfransı keçirildi - "Əslində, sualınız təəccüb doğurur, çünki..." (FOTOLAR)
Bakının Nizami rayonunda dərəbəylikdir - FOTOLAR
Azərbaycan və Almaniya prezidentləri bağda gəzişərək səmimi söhbət ediblər - FOTOLAR
SƏRHƏDLƏR DƏQİQLƏŞDİRİLiR: nəzərdə tutulan işlərin 35 faizi görülüb
ƏƏSMN-in strukturunda müdir dəyişikliyi olub - Regional idarələrdə kimlərə vəzifələr verilib?
AFFA İntizam Komitəsi "Qarabağ" klubunu cərimələyib
Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatdı - VİDEO, FOTOLAR
İLHAM ƏLİYEV BERLİNDƏ TƏDBİRDƏ: "Beləliklə, biz çox məsuliyyətlə davrandıq və..." - FOTOLAR (Yenilənib)
Prezident İlham Əliyev Almaniya XİN rəhbəri ilə görüşüb - FOTOLAR
Nazim Quliyev həbs olunub - Səbəb
Əli Əsədov daha bir qərar imzalayıb