Abşeronda kütləvi dava olub, bıçaqlanan var

img

12-04-2018 [09:06]


Abşeronda 7 nəfər arasında əlbəyaxa dava olub.

Hadisə Qobu qəsəbəsində baş verib.

Dava zamanı 1989-cu il təvəllüdlü Hacıyev Bəhruz Hidayət oğluna beş bıçaq zərbəsi vurulub. Yaralı ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

O, cərrahi əməliyyat olunub. Yaralının vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən bir nəfəri saxlayıb/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR
15:59 08.10.2025

Paşinyan Belçikaya gedir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA