Qubada meşə ərazisində baş verən yanğın söndürüldü - Nazirlikdən açıqlama

img

11-04-2018 [16:16]


 Bu gün Şahdağ Milli Parkının Quba bölməsinin Rustov meşəbəyliyinin 5 saylı dolayında baş vermiş yanğın Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar Nazirliklərinin yerli qurumlarının əməkdaşlarının və kənd sakinlərinin birgə səyləri nəticəsində saat 15:40 radələrində söndürülüb.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.

O bildirib ki, yanğın zamanı 0,5 hektar ərazidə quru ot örtüyü və xəzəl yanıb: "Yanğının hansı səbəblərdən baş verməsi məqsədilə araşdırma aparılır".

Xatırladaq ki, Quba rayonunun Təngəaltı kəndinin yaxınlığında, bələdiyəyə məxsus örüş otlaq sahəsində yanğın hadisəsi baş vermiş və sonra yanğın genişlənərək Şahdağ Milli Parkının Quba bölməsinin Rustov meşəbəyliyinin 5 saylı dolayına keçmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR
15:59 08.10.2025

Paşinyan Belçikaya gedir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA