Kapital Bankdakı oğurluqla bağlı - Rəsmi açıqlama

img

09-04-2018 [13:25]


Kapital Bank Yasamal filialında baş verən dəhşətli hadisəyə münasibət bildirib.

Bankın mətbuat xidməti "Qafqazinfo”ya açıqlamasında oğurluq faktını təsdiqləyib:

"Ötən həftə Kapital Bank-ın Yasamal filialında (Landau küç., bina 6) baş verən hadisə ilə bağlı bildirmək istərdik ki, həqiqətən bankomata müdaxilə edilib. Faktla bağlı cinayət işi açılıb və hazırda istintaq gedir. İstintaq gedişatına mane olmamaq üçün, istintaq yekunlaşanadək bu barədə ətraflı məlumat verə bilmərik. İstintaq bitəndən sonra Daxili İşlər Nazirliyi ilə birgə açıqlama verəcəyik”.

Qeyd edək ki, hadisə nəticəsində bankdan 174 min dollar oğurlandığı bildirilir.



Digər xəbərlər
SON XƏBƏRLƏR
15:59 08.10.2025

Paşinyan Belçikaya gedir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA