Buzova görə kanalda batan Quba sakinlərinin cəsədi tapıldı - FHN-dən açıqlama

img

08-04-2018 [18:02]


Quba rayonunda kanalda batdığı ehtimal olunan şəxslərin meyiti tapılıb.

Mia.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun Gədikqışlaq kəndi ərazisində Samur-Abşeron su kanalında Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən aparılan axtarış işləri başa çatıb:

"1962-ci il təvəllüdlü Mehrəliyev Vidadi Südayif oğlu və 1966-cı il Seyfulov Səhrab Dilovar oğlunun cəsədləri dalğıc-axtarış qrupu tərəfindən batdığı yerdən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib".

Xatırladaq ki, hər iki şəxs Taxtakörpü-Ceyranbatan su kanalına düşən buzovu çıxartmaq istəyiblər. Onlar bu məqsədlə bir-birilərinə ip bağlayaraq kanala düşüblər. Lakin bu zaman onların ikisini də su aparıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
15:59 08.10.2025

Paşinyan Belçikaya gedir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA