İntihar edən 4 qız atası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin zavodunda işləyirmiş... - Təfərrüat

img

05-04-2018 [10:31]


Neftçalada intihar hadisəsinin bəzi təfərrüatları məlum olub.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Xıllı kənd sakini, 1969-cu il təvəllüdlü Elşən Əhədov son zamanlar özünə qapanıbmış.

Mənbə mərhumun zəhmətkeş ailədə doğulduğunu deyib: "Dörd qızı var. Onlardan biri bakalavr, digəri magistraturada oxuyur. İksi də orta məktəb şagirdidir. Son günlər heç kimlə danışmırmış. Dünən gecə 9-dan sonra köhnə hamamlarında meyitini tapıblar”.

Elşən Əhədov Ekologiya və Təbii Sərvətlər Nazirliyi Neftçala Xıllı Nərə Balıqartırma Zavodunda işləyirmiş. 15 gündür işə getmirmiş.

Qeyd edək ki, ötən gün Neftçala rayonun Xıllı kənd sakini, 1969-cu il təvəllüdlü Əhədov Elşən Əhəd oğlu yaşadığı evin vanna otağında özünü asıb.

Faktla bağlı Neftçala rayon Prokurorluğu araşdırma aparar.

Digər xəbərlər
SON XƏBƏRLƏR
15:59 08.10.2025

Paşinyan Belçikaya gedir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA