Xarkovda Azərbaycan vətəndaşı güllələndi - Təfərrüat

img

30-03-2018 [12:15]


Dünən axşam Ukraynanın Xarkov şəhərində restoran yaxınlığında baş verən atışma nəticəsində bir nəfər həlak olub, bir nəfər xəsarət alıb. 

"Report"un məlumatına görə, bu barədə Xarkov vilayəti polisinin məlumatında deyilir.

Yerli KİV-in məlumatına görə, atışma nəticəsində Azərbaycan vətəndaşı həlak olub, Gürcüstan vətəndaşı isə xəsarət alıb.

"Restoranlardan birində, təqribən, 10 nəfərdən ibarət qrup istirahət edib. Onlar restorandan çıxandan sonra bir neçə naməlum şəxs gözlənilmədən onlara yaxınlaşaraq silahdan atəş açıb", - polisin məlumatında deyilir.

"Qəsdən adamöldürmə" maddəsi ilə cinayət işi açılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
15:59 08.10.2025

Paşinyan Belçikaya gedir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA