Gəncədə polis əməkdaşı döyülüb - Müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib

img

29-03-2018 [23:53]


Gəncə şəhərində polis əməkdaşı döyülüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Gəncə şəhərində, Kəlbəcər rayonundan olan məcburi köçkünlər üçün salınmış yaşayış massivində baş verib. 

Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşı, Göygöl rayonunun Üçtəpə kənd sakini, 1991-ci il təvəllüdlü Alışanov Səddam Azad oğlu döyülərək başından və bədəninin müxtəlif nahiyələrindən xəsarətlər alıb. O, xəstəxanaya yerləşdirilib.

Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
15:59 08.10.2025

Paşinyan Belçikaya gedir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA