Gömrükçülər Azərbaycan vətəndaşını saxladı - Çantasından 1680 ədəd kapsul aşkarlanıb

img

28-03-2018 [10:52]


Dövlət Gömrük Komitəsi (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda güclü təsir edən maddənin Azərbaycanın gömrük sərhədindən bəyan etməməklə keçirilməsinə cəhdin qarşısını alıblar.

DGK-dan Mia.az-a verilən məlumata görə, Ankara-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən onun baqajı "X-Ray" aparatıyla yoxlanılıb:

"Yoxlama zamanı, vətəndaşa məxsus çamadandakı əşyaların təsvirləri və özünün hərəkətləri şübhə doğurduğu üçün o, gömrük əməkdaşları tərəfindən saxlanılıb. Yükün təkrar yoxlanılması nəticəsində isə sellofanlara bükülmüş vəziyyətdə, üzərində "LYRICA Pfızer Pregabalin 300 mg kapsül" sözləri yazılmış 120 konvalyut - cəmi 1680 ədəd kapsul aşkar edilib.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən kapsullar preqabalin adlı dərman preparatıdır. Ümumi sayı 1680 ədəd olan kapsulda preqabalinin təsiredici maddəsinin ümumi miqdarı 504 qram təşkil edir".

Xatırladaq ki, preqabalin müvafiq qanunla təsdiq edilmiş "Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı"na daxildir.


Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
15:59 08.10.2025

Paşinyan Belçikaya gedir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA