Nazirlik işçisi qəzada öldü - Səbəblər araşdırılır

img

27-03-2018 [22:47]


Ağdam rayonunun Eyvazlı kəndində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Mia.az-ın APA-ya istinadən xəbərinə görə, "VAZ 21015” markalı 90-XT-485 dövlət nömrə nişanlı avtomobil "Lada Priora” markalı 02-BM-892 dövlət nömrə nişanlı avtomaşınla toqquşub. 

Qəza nəticəsində bir nəfər ölüb, bir neçə şəxs isə ağır xəsarət alıb.

Qəza nəticəsində xəsarət alanlardan birinin şəxsiyyəti bəlli olub. O, "Lada Priora”nın sürücüsü, Quzanli kənd sakini Məhərrəmov Ceyhun Adil oğludur.

Qəzanın səbəbləri araşdırılır.




Digər xəbərlər
SON XƏBƏRLƏR
15:59 08.10.2025

Paşinyan Belçikaya gedir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA