Saatlıda ağır yol qəzası - 2 nəfər öldü

img

24-03-2018 [10:35]


Saatlı rayonunda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzasının təfərrüatları məlum olub.

Ötən gün axşam saatlarında Saatlı rayonunun Qaralar kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hacıqabul rayonu Pirsaat kənd sakini, 1992-ci il təvəllüdlü Rəsulov Mehman Dövlət oğlunun idarə etdiyi "Shacman" markalı yük avtomobili təkərinin partlaması nəticəsində yoldan çıxaraq su kollektoruna aşıb. Yük avtomobili eyni anda hərəkətdə olan İmişli sakini, 1987-ci il təvəllüdlü Allahverənov Əli Təşkilat oğlunun idarə etdiyi "Mercedes” markalı avtomobilin üstündən keçərək kanala yuvarlanıb.

Nəticədə "Mercedes”-in sürücüsü və sərnişini, İmişli sakini 1988-ci il təvəllüdlü İsgəndərov Peyman Qərib oğlu hadisə yerində ölüblər. "Mercedes”-də olan digər sərnişin İmişli rayonu Yalavac kənd sakini, 1979-cu il təvəllüdlü Rəfiyev Rəşad Çingiz oğlu Saatlı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qəza nəticəsində su kollektoruna aşan "Shacman" markalı yük avtomobilinin kabinəsində sıxılmış vəziyyətdə qalan sürücü 3 qaldırıcı kranın və FHN Sabirabad yanğından mühafizə xidmətinin xilasediciləri tərəfindən xüsusi avadanlıqların köməyi ilə avtomobildən çıxarılaraq Saatlı rayon xəstəxanasına çatdırılıb. Xilasetmə əməliyyatı təxminin 3 saata yaxın davam edib.

Yük avtomobilinin sürücüsünə Saatlı xəstəxanasında ilkin yardım göstərildikdən sonra hər iki ayağının açıq qəlpəli sınığı diaqnozu ilə Bakı şəhəri Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yola salınıb.

Faktla bağlı BDYP tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR
15:59 08.10.2025

Paşinyan Belçikaya gedir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA