Burun deşiyində narkotik... - Həbsxanada əməliyyat + FOTOLAR

img

22-03-2018 [19:11]


Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməliyyatçıları 7 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirmək istəıyən Bərdə sakinini həbs ediblər.

Mia.az Penitensiar Xidmətə istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 317-2.1; 67.1; 206.3.1; 206.3.2; 234.1; 234.4.3-cü maddələrinə əsasən 10 il 2 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Bağırov Babək Surxay oğlunun yanına qısamüddətli görüşə gəlmiş qardaşı Bərdə rayon sakini Babayev Dəyanət Nürəddin oğlunun üzərinə və əşyalarına baxış keçirilib: "Bu zaman burun boşluğunun içərisində gizlətdiyi kağız bükülüdə 2.008 qram narkotik vasitə - tiryək aşkar edilib. Faktla bağlı araşdırma aparılır".


Digər xəbərlər
SON XƏBƏRLƏR
15:59 08.10.2025

Paşinyan Belçikaya gedir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA