Binəqədidə bina uçdu, maşınlar dağıntı altında qaldı - VİDEO

img

18-03-2018 [20:28]


Binəqədi rayonunda uçqun olub.

Mia.az Femida.az-a istinadən xəbər verir ki, hadisə ikinci mədən adlandırılan ərazidə baş verib. 

Əvvəllər neft şirkətinə məxsus olmuş yeməkxana qəzalı vəziyyətdə olduğu üçün uçub.

Hadisə şahidlərinin saytımıza verdiyi məlumata görə, yaxınlıqda yerləşən dayanacaqda saxlanılan bir neçə avtomobilə ciddi ziyan dəyib. 

Həmçinin qeyd olunan ərazidə 1910-cu ildə tikilmiş bir neçə qəzalı binanın olduğu və həmin binalarda oxşar mənzərənin yarana biləcəyi sakinlər tərəfindən bildirilib.

Həmin ərazidən video və foto görüntünü təqdim edirik:


Digər xəbərlər
SON XƏBƏRLƏR
15:59 08.10.2025

Paşinyan Belçikaya gedir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA