16-03-2018 [19:25]
"Solsberi şəhərində kimyəvi silahın tətbiqi barədə əmri çox böyük ehtimalla Rusiya prezidenti Vladimir Putin verib”.
Bunu Böyük Britaniyanın baş naziri Boris Conson deyib.
B.Conson rus xalq və ruslara qarşı neqativ fikirdə olmadıqlarını söyləyib: "Bizim rusiyalılara qarşı hər hansı pis münasibətimiz yoxdur. Baş verənlərə görə heç bir rusofobiyaya yol verilməyəcək”.
Nazir qeyd edib ki, Britaniya hökumətinin problemi Kreml və Putinlədir: "Biz hesab edirik ki, İkinci Dünya müharibəsindən bu yana Avropanın, Britaniyanın küçələrində ilk dəfə əsəb-iflic qazından istifadə barədə qərar, fövqəladə ehtimalla, məhz ona aiddir”.
Xatırladaq ki, martın 4-də Böyük Britaniyanın cənubundakı Solsberi şəhərində Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş polkovniki Sergey Skripal və onun qızı Yuliyaya qarşı əsəb-iflic qazı vasitəsilə hücum həyata keçirilib. Onlar şəhərdə huşsuz vəziyyətdə tapılaraq xəstəxanaya çatdırılıblar. Martın 12-də baş nazir Tereza Mey parlamentdəki çıxışında hadisə ilə bağlı aparılan ilkin təhqiqata dair məlumatlar verib. O bildirib ki, S. Skripal və qızına qarşı SSRİ-də hazırlanmış və Rusiyanın sərəncamında olan "Noviçok” adlı kimyəvi silah tətbiq edilib. T. Mey izahat üçün Rusiyaya 1 sutka vaxt verib.
Martın 14-də isə T. Mey parlamentdəki çıxışında Rusiyadan hər hansı cavab almadıqlarını deyib və bu səbəblə, sanksiya xarakterli cavab addımlarını elan edib. O, Rusiyanın Britaniyadakı 23 diplomatını ölkədən çıxarmaq barədə qərar qəbul etdiklərini bildirib. Hökumət başçısı qeyd edib ki, bu diplomatlar Rusiya kəşfiyyatının əməkdaşlarıdır və onlara ölkəni tərk etmək üçün 1 həftə vaxt verilir: "Rusiya bu iyrənc əmələ görə cavabdehdir. Biz onlara izahat üçün vaxt verdik, onlar bu məhlulun Böyük Britaniyaya necə düşdüyünü izah edə bilərdilər, lakin əvəzində sarkazmla reaksiya verdilər və ittihamları inkar etdilər. Heç bir şübhə yoxdur ki, Rusiya hökuməti cənab Skripala və onun qızına qarşı sui-qəsddə günahkardır”.
T. Mey Rusiya ilə bütün ikitərəfli təmasları dayandırdıqlarını, xarici işlər naziri Sergey Lavrovun Britaniyaya səfəri ilə bağlı dəvəti geri götürdüklərini və bu ölkədə keçiriləcək dünya çempionatına heç bir hökumət nümayəndəsinin və kral ailəsi üzvlərinin qatılmayacağını bəyan edib: "Əvvəlki əlaqələr artıq mümkün deyil".
Qeyd edək ki, Sergey Skripal 1999-cu ilə qədər Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsində (QRU) çalışıb. 2006-cı ildə Böyük Britaniyaya casusluq üstündə vətənə xəyanət ittihamı ilə həbs edilib və rütbədən məhrum olunub. 2010-cu ildə S. Skripal Rusiya və ABŞ arasında casus mübadiləsi çərçivəsində Britaniyaya göndərilib/APA.
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb