Gömrükdə telefon əməliyyatı - FOTOLAR

img

13-03-2018 [10:54]


Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilə gömrük nəzarəti həyata keçirilib.

Mia.az Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, maşına baxış zamanı həmin nəqliyyat vasitəsinin qızdırıcısının içərisində 7 ədəd "Samsung Galaxy J3 6", 5 ədəd "Samsung Galaxy J3", 1 ədəd "Samsung Galaxy J3 Pro", 1 ədəd "Homtom" markalı, ümumilikdə 14 ədəd mobil telefonlar, 13 ədəd yükləyici, 13 ədəd USB kabel və 13 ədəd qulaqcıq aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
15:59 08.10.2025

Paşinyan Belçikaya gedir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA