05-03-2018 [09:07]
İraq parlamentinin Kürd Muxtar Vilayətinə 17 faizlik maliyyəni 12.6 faizə endirməsinin də yer aldığı dövlət büdcəsi layihəsini qəbul etməsi, kürd liderlərini ayağa qaldırıb.
Mia.az xarici mətbuata istinadən xəbər verir ki, Kürd Muxtar Vilayətinin Baş naziri Neçirvan Bərzani 2018-ci il dövlət büdcəsinin kürd deputatların etirazına rəğmən qəbul ediməsindən çox ciddi narahat olduqlarını, ancaq Bağdadla siyasi zəmində qarşıdurmaya getməyəcəklərini bəyan edib.
Baş nazir baş verənlərlə bağlı keçirdiyi mətbuat konfransında deyib ki, yeni büdcə layihəsi ittifaq prinsiplərinə ziddidir: "İraq mərkəzi hökuməti və parlamenti bu qərarla birlik bağlarını çeynədi. Biz bundan ciddi qayğılanırıq. Biz bu yeni büdcə ilə yığılıb qalmış və hissə-hissə verdiyimiz maaşları da bundan sonra ödəyə bilməyəcəyik. Bu, həm də sabit bir İraqdan bəhs etməyimizi zorlaşdıracaq. Əgər bu ölkədə sülh və sabitliyin olmasını istəyirlərsə, muxtar vilayətlə konstitusiya çərçivəsində davranmalı və haqqımızı verməlidirlər".
Jurnalistlərdən biri kürd siyasətçilərin Bağdad parlamentindən çəkilmə ehtimalı haqda sual verib.
Baş nazir deyib ki, İraq Kürd Muxtar Vilayətinin haqlarını qorumaq üçün İraq parlamentindən çıxmayacaqlar: "Biz, eyni zamanda, kürd kökənli İraq prezidenti Fuad Masumdan da kürd müxtariyyətinin və xalqının haqlarından yana mövqe bildirməsini gözləyirik".
Xatırladaq ki, yeni büdcə layihəsinə müxtariyyətin keçmiş lideri Məsud Bərzani də etirazını bildirib. O, xalqa müraciətində "Artıq İraq Kürd Muxtar Vilayətindəki bütün tərəflərin bir araya gəlib, İraq mərkəzi hökumətinə birgə cavab vermə vaxtı çatıb. Bunun üçün də bütün maraqlı tərəflər vəziyyətə uyğun ortaq qərar verməlidir", - deyə bildirib.
Mia.az
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb