“Lotu Quli”yə qarşı sui-qəsd xəbəri yayıldı - Açıqlama

img

04-03-2018 [17:42]


Sosial şəbəkələrdə atışma videosu yayılıb və şərhlərdə iddia olunur ki, guya bu kadrlar kriminal avtoritet Nadir Səlifovun ("Lotu Quli”) qətlinin görüntüsüdür.

Videoda ağ rəngli avtomobildə bir qrup insan dayanacaqda durmuş avtomobilləri əzərək atəş açır. Kadr arxasındakı qadın səsi bildirir ki, atışma nəticəsində "Lotu Quli” qətlə yetirilib.

Mia.az xəbər verir ki, məlumatı dəqiqləşdirmək üçün Virtualaz.org-un əməkdaşları Nadir Səlifovun özü ilə əlaqə yaradıblar və o, həmin məlumatı şəxsən təkzib edib.

Məlum olub ki, kriminal avtoritetə qarşı heç bir sui-qəsd olmayıb, onun özü isə hazırda İstanbulda yaşayır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
15:59 08.10.2025

Paşinyan Belçikaya gedir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA