Elşad Xose də yanan dispanserdə olub - "Gözümün önündə xeyli adam diri-diri yanaraq,..."

img

02-03-2018 [16:11]


Xəbər verdiyimiz kimi bu gün səhər saatlarında Xətai rayonunda yerləşən Respublika Narkoloji Mərkəzində güclü yanğın baş verib.

Mia.az xəbər verir ki, Yenicag.az-ın əldə etdiyi məlumata görə hadisə zamanı tanınmış reperElşad Xosedə Narkoloji Mərkəzdə olub. Məsələ ilə bağlı reperlə əlaqə saxladıq, o, faktı təsdiq etdi:

"Səhər xəbəri eşidən kimi dəhşət içində hadisə yerinə qaçdım. Çünki mənə doğma olan dostum orda müalicə olunur. Xoşbəxtlikdən həmin oğlan qonşu korpusda olub, xəsarət almayıb. Gözümün önündə xeyli adam diri-diri yanaraq, kül oldu. Özü də son vaxtlar həmin xəstəxanada narkomanların sayı həddən artıq çox idi. Görünür insanlar özlərini realizə edə bilmədiklərindən bu yolu seçiblər. Nə qədər adam öldü, Allah rəhmət eləsin. Evə gəlmişəm, hələ də o dəhşətli mənzərə gözümün önündən getmir. Gördüklərim dəhşət idi”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA