43 yanğınsöndürən maşın, 160 nəfər şəxsi heyət... - Narkoloji Mərkəzdəki yanğını söndürüb

img

02-03-2018 [12:17]


Respublika Narkoloji Mərkəzinin birmərtəbəli korpusunda bu gün səhər baş vermiş yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 43 maşını və 160 nəfər şəxsi heyəti cəlb olunub.

Yanğınsöndürənlər 7 dəqiqəyə hadisə yerinə çatıb. Saat 06.10-da başlayan yanğın 08.30-da tam söndürülüb. 
31 nəfər yanğından xilas edilib.

Qeyd edək ki, Respublika Narkoloji Mərkəzində bu gün səhər baş vermiş yanğında 24 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
15:59 08.10.2025

Paşinyan Belçikaya gedir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA