Narkoloji Mərkəzindəki qorxunc yanğınla bağlı cinayət işi açıldı

img

02-03-2018 [11:14]


Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzində baş verən dəhşətli yanğınla bağlı cinayət işi açıldı.

Bu barədə Baş prokurorluqdan məlumat verilib.

Vuğulanıb ki, bu hadisə ilə bağlı cinayət işi bir başa Azərbaycan Respublikasının Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Zakir Qaralovun rəhbərliyi ilə həyata keçiriləcək.

Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Unikal.org-a açıqlamasında deyib ki, hazırda cinayət işi ilə bağlı müvafiq sənədlər hazırlanır. Qarşıdakı zamanda ictimaiyyət cinayət işi ilə bağlı məlumatlandırılacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
15:59 08.10.2025

Paşinyan Belçikaya gedir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA