Bələdiyyə sədrinə bıçaqla hücum olub - Türkiyədə

img

22-02-2018 [11:53]


 Türkiyənin Kayseri əyaləti Yahyalı rayon bələdiyyəsinin sədri Esat Aktürkə bıçaqla hücum edilib.

"Report” "Haberler”ə istinadən xəbər verir ki, hücum nəticəsində yaralanan bələdiyyə sədri helikopterlə Erciyəs Universitetinin Tibb Fakültəsinin xəstəxanasına çatdırılıb.

Hadisəni törədən Mehmet A. adlı şəxs tutulub. O, rayonun Seyidli məhəlləsindən yeni yol açılmasına etiraz edirmiş. Mehmet A. bələdiyyə işçilərinin fəaliyyət göstərdiyi yol tikintisinin vəziyyəti ilə tanış olmağa gələn E.Aktürkə, bələdiyyə əməkdaşı Sinan Sivirtepeyə bıçaqla hücum edərək, onları yaralayıb.

Məlumata görə, E.Aktürk hakim Ədalət və İnkişaf Partiyasının üzvüdür.

Hadisə ilə bağlı araşdırma aparılır. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
15:59 08.10.2025

Paşinyan Belçikaya gedir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA