13-02-2018 [17:19]
Bu gün səhər Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsinin çıxışında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) və Yol Patrul Xidmətinin (YPX) əməkdaşları "qanunsuz sərnişin daşıyan sürücülərə qarşı” "reyd” keçiriblər.
"Reyd” səhər saatlarında, pik vaxtda keçirilib və iki zolaqlı yolun bir hissəsi DANX və YPX əməkdaşlarının avtomobilləri tərəfindən tutulub. Eyni zamanda, saxlanılan avtomobillər də yolun hərəkət hissəsini kəsib və tıxac yaranıb.
Ən maraqlısı isə DANX işçilərinin YPX əməkdaşlarının köməkliyi ilə sürücülərin sənədlərini alması, özlərində saxlayaraq "filan otağa gələrsən, aydınlaşdırarıq” kimi sözləri olub.
Avtosfer.az-a müraciət edən Ruslan adlı sürücü bildirib ki, səhər iş gedən zaman idarə etdiyi 6+1 yerli avtomobildə özü və 2 iş yoldaşı olub. YPX əməkdaşı onu saxlayaraq sənədlərini tələb edib:
"Mən sənədləri verdim. YPX əməkdaşı avtomobilimin texniki pasportunu alıb Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin işçisinə verdi. O da dedi ki, "gələrsən Ayna Sultanovada yer var, orda 12-ci otağa”. Mən bildirdim ki, cəriməm varsa, yazın. Amma sənədimi qaytarmadan getdilər.”
Məsələ ilə bağlı yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Ərşad Hüseynov Avtosfer.az-a bildirib ki, qeyd edilənlər özbaşınalıqdır:
"Çox təəssüf ki, bu hallarda YPX əməkdaşları da iştirak edirlər. Bakı şəhəri ərazisində sərnişindaşıma ilə məşğul olan şəxslərə fərqlənmə nişanını Bakı Nəqliyyat Agentliyi verir. Bu fəaliyyətin qanunvericiliyin tələblərinin uyğunluğuna nəzarəti BNA və YPX birgə edə bilər. Əvvəla, əgər hər hansı sürücü saxlanılırsa, bu, "Yol hərəkəti haqqında” qanunun 85-ci maddəsinə uyğun olaraq konkret qayda pozuntusa yol verdiyi halda edilə bilər. Bu maddənin tələblərində "sürücü qanunsuz sərnişin daşıyır, yaxud taksi fəaliyyəti ilə məşğul olur şübhəsi” yoxdur. Ən pis halda sürücü qayda pozduğu təqdirdə YPX əməkdaşı onu saxlayarsa və həmin nəqliyyat vasitəsində taksi işarəsi olarsa, o zaman sənədlərin qaydasında olub-olmamasını soruşa bilər. Amma nə YPX, nə də Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşları sürücü barəsində fərqlənmə nişanı olmasa belə inzibati protokol tərtib edə bilməzlər. Çünki fərqlənmə nişanının olmamasına görə yalnız vergi orqanları məsuliyyət tədbirləri tətbiq edə bilərlər”.
Ə.Hüseynov bildirib ki, sürücünün sənədinin alınması ümumiyyətlə yolverilməzdir: "Deyək ki, sürücü qayda pozub, fərqlənmə nişanı yoxdur və s. Buna görə heç kəsin sənədi götürülə bilməz. Nəqliyyat müfətişinə isə o sənədin heç bir dəxli yoxdur. O, sürücüdən sənəd ala bilməz. Bu özbaşınalığın ikinci hissəsidir”.
Ərşad Hüseynov bildirb ki, nəqliyyat müfətişlərinin "filan otağa gəlin” deyə sürücünu harasa dəvət etməsi korrupsiya şübhəsi yaradır. "Burada hansısa korrupsiya əməli şübhəsi yaranır. Tövsiyə edirəm ki, həmin adamlar bununla bağlı müvafiq quruma müraciət etsinlər.”
Ekspert bildirib ki, reyd keçirilməsi ilə bağlı hər hansı hüquqi əsasın olmaması bu sahənin açıq qalmasına səbəb olub: "Eyni zamanda reyd adı ilə nəqliyyat müfətişlərinin, eləcə də YPX əməkdaşlarının avtomobillərini yolun hərəkət hissəsində saxlamaq, eləcə də digər nəqliyyat vasitələrini saxlayaraq hərəkətdə olan sürücülərə maneə yaratmağın özü kobud qayda pozuntusudur. Buna yol verən əməkdaşlar barədə tədbir görülməlidir”.
Qeyd edək ki, sözügedən "reyd” zamanı DANX əməkdaşları 99 AK 280, YPX əməkdaşları 99 YP 242 dövlət nömrə nişanlı avtomobildə olub.
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir illə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
SABİQ NAZİR REKTOR TƏYİN OLUNDU - Sərəncam
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib - FOTO (YENİLƏNİB)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"
Ərdoğan sosial mediada şou verən deputatlara "təpindi": "Gərək hər şeyi mən deyəm?!" - FOTOLAR
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində
Zəlimxan Məmmədli Gürcüstana getdi: "Bu günə şükür..." - FOTOLAR
“Azərikard”ın baş direktor müavini şirkətdən ayrılıb
Sabahın hava proqnozu açıqlandı
“Xalçalarda yaşayan tariximiz” adlı sərginin açılışı olacaq
“Alatava” ilə bağlı son qərar verildi - VİDEO
İcra başçısının qardaşı oğlu: “Atamı bu hərəkətinə görə öldürdüm” - Sabiq rəisin qətliylə bağlı sensasion ifadə
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi - Səbəb
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə - FOTOLAR
YENİ NAZİR KÖHNƏ KADRLARA SAVAŞ AÇIB - Daha iki idarə rəisi vəzifədən azad edildi (YENİLƏNİB)
Sənədsiz evlərlə bağlı yeni portal yaradılır: həyət evləri ilə bağlı amnistiya işləri aparılır - VİDEO
Tanınmış aşığın gəlini evdən qaçıb? – VİDEO
Əli Əsədovdan daha bir qərar - Dövlət Xidmətinə 2 xidməti minik avtomobil veriləcək
Kənd məktəbinin direktoru qonşu rayonda kollecin rəhbəri təyin olundu - Agentlikdən diqqətçəkən dəyişiklik
Konfrans Liqası: yarımfinal həyəcanı başlayır
Kəlbəcərin Baş planı təsdiqlənib - Hökumət qərar verdi
Ədliyyə Nazirliyi Fikrət Məmmədovun kadrlarından "təmizlənir" - Nazir Fərid Əhmədov öz komandasını fortmalaşdırır (Yenilənib)
Türkiyədə daha bir mafiya çökəldildi - Lideri həbs olunub
Bu gün Prezident Ərdoğan CHP liderini qəbul edəcək
GƏLƏN AY ÖLKƏDƏ NEÇƏ GÜN RƏSMİ İŞ OLMAYACAQ? - Qərar
Azərbaycan nefti 2.5 dollar ucuzlaşdı
Braziliyada güclü sel: 8 nəfər ölüb, 21 nəfər itkin düşüb
Çempionlar Liqası: alman komandası PSJ-ni devirdi