Azərbaycanda bəzi özəl banklar bağlana bilər - “Moody’s”dan xəbərdarlıq

img

12-02-2018 [14:45]


"Azərbaycanın zəif bank sektorunda neft qiymətlərinin təsiri hələ də hiss olunur”.

Bu barədə "Moody’s” beynəlxalq reytinq agentliyinin Azərbaycanla bağlı dərc etdiyi "İqtisadi diversifikasiyanın perspektivləri” adlı sənəddə qeyd olunub.

Bildirilir ki, bank sektorunda dollarlaşma yüksək səviyyədədir: "Azərbaycan Beynəlxalq Bankının restrukturizasiya prosesinin son mərhələsində olmasına baxmayaraq, digər özəl bankların kapital artımına ehtiyacı var və yaxud bu banklar tənzimləyici tərəfindən bağlanmaq riski ilə üz-üzədirlər. Restrukturizasiya olunmuş borclar istisna olmaqla, problemli kreditlərin həcmi hələ də yüksəkdir. Bu da bankların borc vermə imkanlarını məhdudlaşdırır”.
APA

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:17 13.10.2025

Qarsa qar yağıb - FOTO

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA