Ukrayna Təhlükəsizlik Xidməti əməliyyat keçirdi, azərbaycanlı saxlanıldı - Təfərrüat

img

11-02-2018 [14:00]


Ukraynanın Dnepropetrovsk vilayətində ölkəsində dələduzluqda ittiham olunan və beynəlxalq axtarışa verilən azərbaycanlı tutulub.

"Report” xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) mətbuat xidməti məlumat yayıb.

"Ukraynanın Təhlükəsizlik Xidmətinin əməkdaşları Dnepropetrovsk vilayətinin Kamenskoye şəhərində İnterpol xətti ilə beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşını saxlayıblar", - deyə məlumatda bildirilir.

UTX-nin məlumatına görə, saxlanılan şəxs Azərbaycanda Cinayət Məcəlləsinin "Əhəmiyyətli və xüsusilə böyük ziyana səbəb olan fırıldaqçılıq" maddəsi ilə cinayət törətməkdə ittiham olunur.

"Xüsusi xidmət işçiləri onun Ukraynada ölkənin, xüsusən də iqtisadi və etno-konfessiya sahələrində milli mənafeyinə zərər verən fəaliyyətə başlamağı planlaşdırdığını təsbit ediblər", - deyə xüsusi xidmət orqanından bildirilib.

Hazırda əcnəbi həbsdədir, onun Azərbaycana ekstradisiyası məsələsi həll olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA