ATƏT-in həmsədrləri Dağlıq Qarabağa getdi

img

10-02-2018 [12:49]


ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) , Endryu Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisinə səfər ediblər.

Mia.az APA-a istinadən verdiyi xəbərə görə, həmsədrlər səfər çərçivəsində işğal olunmuş Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyanla görüşüblər.


Görüşdə münaqişənin həlli ilə bağlı məsələlər və Ermənistan-Azərbaycan sərhəddində vəziyyət müzakirə olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA