Bakıda yük avtomobili ofisə girdi - Xəsarət alan var + FOTO

img

08-02-2018 [20:40]


Bakıda yük avtomobili ofisə girib. 

APA-nın xəbərinə görə, Ramana-Maştağa yolunda sürətlə hərəkətdə olan "Shacman” markalı yük avtomobili dönmə əməliyyatını düzgün yerinə yetirməyərək yoldan çıxıb və binaya çırpılıb.

Xoşbəxtlikdən qəza baş verən an "Ev alqı-satqısı ofisi”ndə iş vaxtı başa çatdığından işçilər obyektdə olmayıb.   

Hadisə nəticəsində avtomobilin sürücüsü xəsarət alıb. Sürücü təcili yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Hadisə yerinə polis cəlb olunub, araşdırma aparılır. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA