“Türk axını” boru kəmərinin tikinti xərci artdı - 1 milyard

img

08-02-2018 [17:35]


"Türk axını” boru kəmərinin inşası layihəsinin icrası 7 mlrd. ABŞ dollarına başa gələcək.

"Report” "İnterfax” agentliyinə istinadən xəbər verir ki, bunu "Gazprom” şirkəti İdarə Heyətinin sədr müavini Andrey Kruqlov Londonda investorlarla keçirilən görüşdə bildirib.

"İlkin olaraq, layihənin dəyərinin 6 mlrd. dollar olacağını hesab edirdik, indi isə, təxminən, 7 mlrd. dollar qiymətləndiririk”, - deyə A.Kruqlov deyib.

"Gazprom” rəsmisi layihə maliyyələşdirilməsinin mümkünlüyünü istisna etmədiklərini qeyd edib: "Lakin hazırkı reallığa əsasən, "Türk axını” boru kəmərinin tikintisi böyük ehtimalla "Gazprom”un vəsaiti və sonra "Şimal axını 1” layihəsində olduğu kimi xüsusi istiqrazlar hesabına maliyyələşdiriləcək”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:17 13.10.2025

Qarsa qar yağıb - FOTO

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA