Yeni Azərbaycan Partiyası qurultay tarixini açıqladı - Hakim partiya İlham Əliyevin namizədliyi üçün toplanır

img

05-02-2018 [20:05]


Yeni Azərbaycan Partiyası (YAP) febralın 8-də qurultay keçirəcək.

Mia.az xəbər veirr ki, bununla bağlı YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Trend-ə deyib ki, Yeni Azərbaycan Partiyası qurultay keçirərək rəsmi qaydada prezidentliyə namizədini irəli sürəcək.

 Qeyd edək ki, Prezident İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, növbədənkənar prezident seçkiləri 2018-ci il aprelin 11-nə təyin olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA