Türkiyədə futbolçuya sui-qəsd - Burak başından güllələndi

img

04-02-2018 [13:06]


Türkiyədə futbolçu sui-qəsd nəticəsində öldürülüb.

Teleqraf.com xəbər verir ki, Enes Burak başından aldığı güllə yarasından ölüb.

Hadisə Hatayın Atatürk bulvarında, saat 02:00-da baş verib. Əyləşdiyi kafedən çıxan Enes Burak Barış avtomobilinə minərək bulvara doğru hərəkət edib. Bu zaman onu izləyən iki motosikletçi futbolçuya atəş açmağa başlayıb. Nəticədə futbolçu öldürülüb, avtomobili isə yolun kənarındakı səkiyə çırpılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA