04-02-2018 [12:25]
Hüquq elmləri doktoru, professor Rüstəm Məmmədov Teleqraf.com-a maraqlı müsahibə verib.
Mia.az həmin müsahibəni təqdim edir:
- Rüstəm müəllim, ABŞ hökumətinin Rusiyaya qarşı açıqladığı fevral sanksiyaları və onun nəticələri haqda nə deyə bilərsiniz?
- ABŞ-ın bu addımı gözləniləndir. Vaşinqton Rusiyanın indiki siyasətini heç cür qəbul etmir. Çünki Rusiya doğurdan da qeyri-adekvat siyasət yürüdür. Odur ki, Amerika Rusiyanın ağlını başına gətirmək üçün tədbirlər həyata keçirir. Bu sanksiyalar da dediyim tədbirlərdən biridir.
- Sanksiyaların səbəblərini dediniz, bəs nəticəsi?
- Hələlik bu sanksiyaların heç bir nəticəsi olmayacaq. Sanksiyaların sərhədləri, çərçivəsi açıqlansa da, işləmə mexanizmi haqda informasiya yoxdur.
İkincisi, nəzərə almaq lazımdır ki, Moskvada bu cür sanksiyaların altından indiyə qədər sürüşüb çıxa biliblər. Rusiya belə vəziyyətlərdən çıxa bilir və bunu indiyə qədər də nümayiş etdirə bilib.
- Əgər Rusiya bu sanksiyaların təsirindən çıxa bilirsə, bu halda onun tətbiq edilməsinin hansı əhəmiyyəti var?
- Söhbət ondan gedir ki, Amerika bu sanksiyalar vasitəsilə Rusiyanı sınağa çəkir. Bu sınaq son illər sistematik xarakter alıb. Rusiya da bu sanksiyaların təsirindən çapalaya-çapalaya çıxa bilir. Buna rəğmən, ABŞ Rusiyanı sınamaqda davam edir.
- "Kremli hesabatı” adlı sanksiyalar paketi yenicə elan edilib. Ruslar bu sanksiyadan da canlarını qurtara biləcəkmi?
- Mənə elə gəlir ki, Rusiya bu çətinliyi də aşa biləcək. Nəzərə almaq lazımdır ki, ruslar belə vəziyyətə öyrəşiblər. İllərdir ki, bu kimi hallarla qarşılaşırlar və həm də buna rəğmən, davam edirlər. Sözsüz ki, itirə-itirə gedirlər həm də.
- Son sanksiyalar biznesmenlərə, siyasi elita nümayəndələrinə tətbiq edilir. Bu kateqoriyadan olan şəxslərin Qərbdəki daşınmaz əmlaklarına, bank hesablarına, kapitallarına həbslər qoyula bilərmi?
- Sanksiyaların fəlsəfəsi tam başqadır. Burada məqsəd nələrəsə həbs qoymaq yox, Rusiyanı daxildən çalxalamaqdır. Yəni Putin rejimini yerindən oynatmaqdır. Bunu da edə bilmirlər, etdikləri alınmır. ABŞ-ın məqsədi Putin rejiminin ətrafında narazılıq yaratmaqdır. Putin də bu hücumları dəf edə bilir.
- Bundan sonrada Rusiyaya sanksiyaların tətbiqi gözlənilirmi?
- Hesab edirəm ki, bu, Rusiyaya qarşı sanksiyaların son həddidir. Bundan sonra sanksiyalar gözlənilmir.
- Türkiyə on gündən çoxdur ki, Suriyada hərbi fəaliyyətini davam etdirir. Bunun nəticələri haqda nə demək mümkündür?
- Rusiya və Türkiyə son illər sıx əməkdaşlıq edir. Əlbəttə, Türkiyənin fəaliyyəti rusların xoşuna gəlmir, amma ruslar bu əməkdaşlığı itirməmək naminə Türkiyəyə qarşı getmirlər. O cümlədən də Suriyada. Türkiyə isə inamla Suriyada istədiyini həyata keçirir. Hazırda dünya çox qarışıq durumdadır. Sanki dünya qana susayıb.
- Türkiyə Suriya ilə bağlı istəklərinə və məqsədinə nail ola bilib?
- Bəli, nail olub. Türkiyə yavaş-yavaş Suriyada irəliləyir.
- Bəs bu irəliləmə qəfildən Türkiyəni dalana sala bilməzmi?
- Yox. Türkiyə dəqiq ölçü-biçi əsasında hərəkət edir. Odur ki, dalana dirənmə prosesi olmayacaq. Hesab edirəm ki, Türkiyənin addımları doğrulur. Türklər kürdlərin inqilabi fəaliyyətinin qarşısını almaq, kürd dövləti ideyasını dayandırmağı hədəfləyib. Bu da təbii qarşılanmalıdır.
- Siz, Moskva-Ankara münasibətləri haqda danışsanız da, Ankara-Vaşinqton arasında müşahidə edilən soyuq münasibələrə diqqət etmədiniz...
- Bu başadüşüləndir. Türkiyə artıq cinin belini qırıb. Ankara başa düşür ki, Amerikanın niyyətini qəbul etsə, uduzacaq. Ona görə də anti-Amerika fəaliyyəti göstərir. Amerika da buna qarşılıq olaraq heç nə edə bilmir.
- Bu münasibətin sonu necə olacaq?
- Qısaca deyim ki, Amerikanın Yaxın Şərq siyasəti məhv olacaq. Türkiyə isə öz məqsədinə çatacaq. Türkiyə imkan verə bilməz ki, onun yaxınlığında, onun torpağına iddia edən və başqa ölkənin əlində oyuncağa çevriləcək bir dövlət yaransın.
- ABŞ-Türkiyə müttəfiqliyi necə olacaq?
- Bu müttəfiqlik artıq mövcud deyil.
- Amma Amerika və Türkiyə rəsmiləri danışarkən deyirlər ki, biz NATO müttəfiqiyik...
- Boş söhbətdir. Türkiyə öz xəttini aparır. Müttəfiqlik xətti də qırılır. Ankara anlayır ki, Amerikadan ona müttəfiq ola bilməz. Hesab edirəm ki, indi Yaxın Şərqdə NATO-nun da taleyi həll olunur.
- NATO-nun taleyi necə həll edilir?
- NATO geniş mənada Amerika deməkdir. Amerikanın Yaxın Şərq siyasətinin məhvi əslində elə NATO-nun məhvi deməkdir.
- Görünən odir ki, London, Berlin və hətta Paris də Donald Tramp siyasətindən narazıdır. Bu halda NATO ciddi təşkilat olaraq getdikcə öz nüfuzunu itirməyəcək?
- NATO ölüm ərəfəsindədir. Rusiya da bunun baş verməsi üçün hər cür addım atır. Avropa özü də bu məsələdə Amerikanı dəstəkləmir.
- Avropaya NATO lazım deyil?
- Yox, lazım deyil.
- Bəs Avropanın Rusiya qorxusu?
- Avropa düşünür ki, bu məsələni özü yoluna qoya bilər. Əslində, NATO lazımsız bir quruma çevrilməyə və mənasını itirməyə doğru gedir.
- Amma NATO bir balans təşkilatı idi, Rusiyadan narahat olan ölkələr bu qurumda birləşir. NATO olmasa necə olacaq?
- Bilirsinizmi, hər şey Amerikanın siyasətinə bağldıır. Amerikanın siyasəti iflasa uğrayanda NATO-da iflas edir. Hazırda ABŞ-ın indiki siyasətini düzəltməsi mümkünsüz görünür. Münasibətləri çox pis zədələyiblər. Türkiyə ilə münasibətlər ortadadır, Yaxın Şərq itirilib, İranla münasibətlər gərginləşə-gərginləşə irəliləyir, Rusiya ilə əlaqələr də göz önündədir. İndi bu siyasəti necə düzəltmək olar? Çətin, bəlkə də mümkünsüzdür.
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat