“Şərq bazarı” bağlanır - Tarix açıqlandı

img

02-02-2018 [17:19]


"Şərq bazarı" təmirə bağlanacaq. 

Mia.az xəbər verir ki, bu barədə "Qafqazinfo”ya məlumatı bazar rəhbərliyi və satıcılar verib.

Satıcıların sözlərinə görə, onlara aprel ayının 1-nə kimi mağazaları boşaltmaq tapşırılıb: "Bizə sadəcə dedilər ki, təmir işi aparılacaq, mart ayının 31-i son gündür. Daha bilmirik, təmir nə müddətə aparılacaq. Həmin vaxtda müxtəlif bazarda işimizi davam etdirəcəyik”.

Bazar rəhbərliyi də yaxın zamanda təmir işinə başlanılacağını təsdiqləyib:

"Hazırda bazarda hər hansı bir təmir işi getmir. Aprel ayından etibarən işlərin başlanması nəzərdə tutulub. Təmir bitdikdən sonra satıcıların qayıdıb qayıtmaması onlardan asılıdır. Bəlkə daha yaxşı yer tapacaqlar”.





Digər xəbərlər
SON XƏBƏRLƏR
12:17 13.10.2025

Qarsa qar yağıb - FOTO

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA