02-02-2018 [13:11]
Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə etdiyi dəyişikliyə əsasən, 2018-ci ilin yanvarın 1-dən istifadə müddəti bir ilə qədər olan minik avtomobillərinin idxalına tətbiq olunan gömrük rüsumu 75 faiz, istifadə müddəti bir ildən artıq olan avtomobillər üçün 71,4 faiz artırılıb.
Hazırda avtomobil bazarında qiymətlər necədir?
Mia.az xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan iqtisadçı ekspert Vüqar Bayramlının sözlərinə görə, avtomobil bazarında aparılan monitorinq göstərir ki, sön dövrlərdə xüsusilə də yanvar ayının ortalarından etibarən avtomobillərin qiymətində artım var.
"Qiymətlərdə artımların müşahidə olunması birbaşa ölkəyə idxal olunan avtomobillərə tətbiq edilən rüsumların artırılması ilə bağlıdır. Ölkəyə idxal edilən avtomobillərə tətbiq edilən rüsumlar xüsusən də mühərrik gücü yüksək olan avtomobillər üçün artırıldı. Qiymət artımları yanvarın 1-ci yarısından deyil, 2-ci yarısından müşahidə olunmağa başladı. Artımlar yeni avtomobillərlə yanaşı, ikinci əl avtomobillərə də təsir etdi. Yalnız mühərrik həcmi 1500 kubmetrə qədər olan avtomobillərdə qiymətlər stabildir. Hətta rüsumların qaldırılmasından əvvəl ölkəyə gətirilən avtomobillərin qiyməti də artırılıb”.
Ekspert bildirib ki, avtomobillərin qiymətində artımlar olsa belə, alıcılıq qabiliyyəti çox aşağıdır.
"Avtomobil alıcılarının sayında kifayət qədər azalma var. Eyni zamanda bankların da avtomobil kreditlərini praktik olaraq dayandırması və şərtlərini ağırlaşdırması avtomobil almaq istəyənlərin sayına ciddi təsir göstərib. Cüzi qiymət artımları olsa da, hələlik kəskin qiymət artımları müşahidə olunmur. Son iki həftədə avtomobil qiymətlərində 4-8 faiz intervalında artımlar qeydə alınıb. Güman olunur ki, fevralın ortalarına doğru artırılmış qiymətlərin stabilləşməsi müşahidə olunacaq”.
V.Bayramlı deyib ki, Azərbaycanda istehsal olunan avtomobillər hələlik ümumi avtomobil istehlakında böyük paya malik deyil.
"Adi müşahidələr nəticəsində müəyyənləşdirmək mümkündür ki, Azərbaycanda çox böyük əksəriyyət idxal olunan avtomobillərdən istifadə edirlər. Yerli avtomobillərə marağı artırmaq üçün Neftçalada İran şirkəti ilə birlikdə ildə 1000 avtomobilin istehsal olunması nəzərdə tutulub. Bunun 7000-i daxili istehlak üçün nəzərdə tutulub. Təbii ki, bu belə layihələrin atırılmasını stimullaşdıracaq”.
CHP-də növbəti istefa - Zonguldak Qadın Təşkilatı sədri istefa verib
İlham Əliyev Misirdə: Qəzza üzrə yekun atəşkəs sazişi imzalandı - "Bu, dünya üçün böyük bir gündür" (VİDEO, Yenilənib)
"Yaxın Şərqdə sülh!!! Tarix yazılır!!!" - Hikmət Hacıyev
Sabah bu ərazilərdə qaz olmayacaq
İLHAM ƏLİYEVLƏ TRAMP GÖRÜŞDÜ: "Siz hələ də bir-birinizlə yola gedirsiniz, elə deyilmi?" - Misirdə + VİDEO, FOTOLAR
İsrail 1900-ə yaxın fələstinli məhbusu azad edib - Onlardan 154 ömürlük məhbus olub
“Sədərək”də reklam qurğuları sökülüb
Azərbaycan-Pakistan-Türkiyə parlament sədrləri görüşdü - İslamabadda + FOTO (Yenilənib)
Türkiyədə 105 kq narkotik tutulub - Həbslər var
Sumqayıt Dövlət Universitetinə 40 əcnəbi tələbə axtarılır - Bunu təşkil edənə isə 103 min manat veriləcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Azərbaycan və Rusiyanın Baş nazirlərinin müavinləri Bakıda bir araya gəldilər - Nələr müzakirə olunub?
Kino Agentliyi “Nurgün Motors”a 10 min ödəyəcək
İlham Əliyev bu ölkələrin liderləri ilə görüşüb - Misirdə
ƏLİYEVİN TƏKLİFİ və ya TDT ORDUSUNUN AYAQ SƏSLƏRİ... - Təhill
Prezident İlham Əliyev Fələstin lideriylə görüşüb - FOTO
İlham Əliyev Misirdə Nikol Paşinyanla ayaqüstü görüşüb - FOTO
Netanyahu Sammitə qatılacaq? - Misir prezidentindən gözlənilməz jest
"Tramp sülhə sadiqdir, o..." - Netanyahu Trampın Nobelə namizədliyini yenə dəstəkləyəcək
İqtisadiyyat üzrə Nobel mükafatının sahiblərinin adları açıqlandı
Xocalının Ballıca və Xanyurdu kənd sakinləri ilə torpaq icarəsi müqavilələri imzalanıb
Şair Əlisəmid Kür dəfn olunub (Yenilənib)
Audiovizual Şura məlumat yayıb
70 nəqliyyat vasitəsi hərraca çıxarılacaq - Bu tarixdə
Bakıda Azərbaycan, Rusiya və İran üçtərəfli görüşü keçirilir - "3+3" regional məşvərət mexanizminin aktuallığı artmaqdadır" (Yenilənib)
Məhkəmə-Hüquq Şurasına yeni səlahiyyət verilir - Dəyişiklik
Sabah yağış yağacaq - Proqnoz
Baş həkim İlahə Şükürova vəzifədən azad olunub
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Qarsa qar yağıb - FOTO
Xocavənddə əməliyyat: odlu silah-sursat satmaq istəyən saxlanılıb
Türkiyədə türkəsilli əcnəbilərə işləmək hüququ verilib
AZAL “Airbus A320neo” təyyarəsini öz parkına əlavə edib
Naftalan neftinin çıxarılması, emalı, saxlanılması qaydaları təsdiqlənib - Baş nazir qərar verdi
Azercell-in kibertəhlükəsizlik komandası “CIDC-2025 – Critical Infrastructure Defence Challenge” yarışında böyük uğur qazandı - FOTOLAR
Baş prokuror Gəncədə vətəndaşları qəbul edəcək
Qarabağ zonasında 1497, 5 hektar ərazi minalardan təmizlənib
HƏMAS israilli girovları buraxıb - ADLAR (VİDEO) - YENİLƏNİB
Bakıda gömrükçü öz mağazasında öldürüldü - 16 yaşlı yeniyetmə tərəfindən (Yenilənib)
"Yerli futbolçu 1000 manata oynayır, əcnəbiyə 4 min dollar verirlər, Niyə?" - Məşqçi futboldakı dəllallardan danışdı (MÜSAHİBƏ)
Sahibə Qafarova Pakistana işgüzar səfərə gedib - FOTO