“Hüquqşünas 60 balı toplaya bilmirsə,..." - Ziyafət Əsgərov

img

01-02-2018 [13:38]


Ötən il "Məhkəmə Hüquq Şurası haqqında” qanuna dəyişiklik etdik. Dəyişikliyə əsasən, tək hakim olan rayonlarda hakim məzuniyyətə gedirsə, Məhkəmə Hüquq Şurası həmin rayona hakimləri ezam edə bilir. Yəni belə bir səlahiyyəti var”.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Birinci vitse-spikeri Ziyafət Əsgərov bildirib.

Z.Əsgərov deyib ki, hakimlərin sayı ilə bağlı problem hələ də qalmaqdadır:

"Bu istiqamətdə işlər gedir. Vəkillik insititutu ilə bağlı isə Avropa göstəricilərindən geriyik”.

Z.Əsgərov deputat Qüdrət Həsənquliyevin Vəkillər Kollegiyasına qəbulda keçid balının aşağı salınması təklifinə etiraz edib: "Azərbaycanda hüquqşünasların Vəkillər Kollegiyasına qəbulda nəzərdə tutulan balı 60-dan 50-yə endirsək, əminəm ki, deyəcəklər bunu daha da endirin, 40 bal olsun. Konstitusiyada yazılıb ki, əhaliyə keyfiyyətli hüquqi yardım göstərək. Keyfiyyətli hüquqi yardım göstərmək istəyən hüquqşünas 60 balı toplaya bilmirsə, bağışlayın, bu, qeyri-ciddi məsələdir. Axı o balı toplamaq çətin deyil. Bütün buna baxmayaraq, bu sahədə işlər gedir, dövlətin nəzarətindədir. Yaxın vaxtlarda bu sahədə ciddi irəiləyişlər olacaq”.

olke.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA