Siyavuş Novruzov prezidentdən amnistiya xahiş etdi: "Bu amnistiya aktı..."

img

01-02-2018 [12:36]


"Bu il ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyidir. Bununla bağlı tədbirlər planımıza bəzi məsələləri daxil etməliyik.”

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

Komitə sədri xatırladıb ki, Azərbaycanda 63 əfv fərmanı və sərəncamı imzalanıb, 11 amnistiya qərarı verilib.

S.Novruzov Prezident İlham Əliyevə müraciət edərək növbəti amnistiya aktının qəbul edilməsini xahiş edib:

"Bu amnistiya aktı Qarabağ müharibəsində iştirak edənlərə, himayəsində azyaşlı uşaq olan qadınlara, yaşı 70-dən çox olan şəxslərə, radikal dini cərəyanlara qoşulmamış dindarlara şamil edilməlidir”.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA