Bakıda sürücü yol polisinin üstünə silah çəkdi - Təfərrüat

img

01-02-2018 [12:34]


Bakıda yol polisinə tabe olmayan sürücü silaha əl atıb.

"Report” xəbər verir ki, paytaxtın Nərimanov rayonu ərazisində yol hərəkəti qaydalarını pozduğuna görə, "Volkswagen” markalı "90 UU 793” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 1983-cü il təvəllüdlü Təyyar Əliyevin maşını saxlanılıb.

T.Əliyev yol polisi serjantı Orxan Həsənova tabe olmayaraq avtomobilində olan pnevmatik tapança ilə ona hədə qorxu-gələrək buraxmasını tələb edib.

Polis serjantı kömək üçün hadisə yerinə digər polis əməkdaşlarını çağırıb. Bunu görən T.Əliyev avtomobilində olan qadın sərnişinlə birlikdə insident baş verən yerdən qaçıb.

Faktla bağlı cinayət işi başlanılıb, sürücünün axtarışları davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA